Tural Ədil oğlu Bayramlı (10 fevral 1996; Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Vətən müharibəsinin şəhidi.
Tural Bayramlı 1996-cı il fevralın 10-da Beyləqan rayonunun Şərrq qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli qəsəbəsindən idi. Subay idi.
Tural Bayramlı 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Tural Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Bayramlı noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.