VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALEH MƏMMƏDOV

Стандартный

Saleh Məmmədov

Saleh Mustafa oğlu Məmmədov (9 fevral 1995Şəki rayonuAzərbaycan — 24 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi.

Saleh Məmmədov 1995-ci il fevralın 9-da Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.

Azərbaycan Ordusunun baş çavuşu olan Saleh Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Saleh Məmmədov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı həlak olub.

vikipediya

Обсуждение закрыто.