VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HƏRBİ HƏKİM TARİYEL SALMANOV

Стандартный

Tariyel Salmanov

Tariyel Allahverdi oğlu Salmanov (7 fevral 1988AğcabədiAzərbaycan — 8 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, Vətən müharibəsinin şəhidi.

Tariyel Salmanov 1988-ci il fevralın 7-də Ağcabədi şəhərində anadan olub. 2005-2010-cu illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Tariyel Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Tariyel Salmanov oktyabrın 8-də Cəbrayıl döyüşləri zamanı həlak olub.

vikipediya

Обсуждение закрыто.