Daily Archives: 05.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN SAMİR İSLAMOV

Стандартный

Samir_İslamov

Samir Xaliq oğlu İslamov (5 fevral 1983SumqayıtAzərbaycan — 9 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Samir İslamov 1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub. Ailəli idi. Dörd övladı yadigar qaldı.

Azərbaycan Ordusunun kapitanı olan Samir İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir İslamov oktyabrın 9-da Talış döyüşləri zamanı həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

vikipediya

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XIZILI NATİQ VERDİYEV

Стандартный

 

Natiq Verdiyev-2

Natiq Verdiyev (tam adı: Natiq Əlimurad oğlu Verdiyev; 5 fevral 1995XələcXızı rayonu — 1 oktyabr 2020MurovdağAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı giziri, Vətən müharibəsinin şəhidi.

Natiq Verdiyev 5 fevral 1995-ci ildə Xızı rayonunun Xələc kəndində dünyaya gəlib.

2016-cı ildə Aprel döyüşləri zamanı könüllü olaraq yenidən orduya qoşulmaq qərarına gəlmişdir. Tərtərdə Xüsusi Təyyinatlı kəşfiyyat bölüyündə xidmət edib. 2020-ci il sentyabrın 27-də döyüş yoldaşları ilə birlikdə işğaldan azad etdikləri Murov yüksəkliyinə bayrağımızı  sancaraq xalqımıza ilk qələbə sevincini yaşatmışlar. Verdiyev Natiq 1 oktyabr 2020-ci ildə bayrağın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

vikipediya