Daily Archives: 04.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMAZAN GÖYDAĞLI

Стандартный

Ramazan_Göydağlı

Ramazan Göydağlı (tam adı: Ramazan Əbülfət oğlu Göydağlı; 4 fevral 1997KırnaCulfa rayonuAzərbaycan — 28 oktyabr 2020ÇanaqçıXocalı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, Vətən müharibəsi şəhidi.

Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Naxçıvanın Culfa rayonunun Kırna kəndində dünyaya göz açmışdır. «Göydağlı» soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilmişdir.

İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-cı ildə hərbi xidməti bitirmiş və bir sıra fərqli sahələrdə işləməyə başlamışdı. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanmışdır.

Neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olmuş, bununla da hərbi fəaliyyətinə yenidən başlamışdır. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə və hərbi əməliyyatlara başlamışdır. FüzuliCəbrayılHadrut və Qubadlı uğrunda döyüşlərdə iştirak etmişdir. MAHHXHQ əsgər Ramazan Göydağlı Xocalı rayonunun bir neçə kəndi istiqamətində də vuruşmuş, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

vikipediya

Реклама