Daily Archives: 03.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN ƏSGƏROV

Стандартный

Elçin Əsgərov

Elçin Yalçın oğlu Əsgərov (3 fevral 1997Kəngərli rayonuAzərbaycan — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Elçin Əsgərov 1997-ci il fevralın 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Elçin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elçin Əsgərov oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Kəngərli rayonunda dəfn edilib.

vikipediya

Реклама