VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OMANLAR: QAZAXLI TAHİR İSMAYILOV

Стандартный

Tahir_İsmayılov

Tahir Niyazi oğlu İsmayılov (30 yanvar 1988SofuluQazax rayonuAzərbaycan SSR — 25 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Tahir İsmayılov 1988-ci il yanvarın 30-da Qazax rayonunun Sofulu kəndində anadan olub.

1994-2003-cü illərdə kəndin M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyində, 2003-2006-cı illərdə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb.

Ailəli idi. İki oğlu yadigar qaldı.

Tahir İsmayılov 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində gizir kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tahir İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayılXocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Tahir İsmayılov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı həlak olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.

vikipediya

Реклама

Обсуждение закрыто.