Səbuhi Əsədov (tam adı: Səbuhi Azər oğlu Əsədov; 19 yanvar 1999; Bakı şəhəri, Suraxanı rayonu — 8 oktyabr 2020; Suqovuşan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.
Səbuhi Əsədov 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Həsənli kəndindəndir. 15 sentyabr 2005-ci ildə Suraxanı rayonu 85 saylı orta məktəbin 1-ci sinifinə gedib, 14 iyul 2016-ci ildə isə həmin məktəbin məzunu olub.
5 iyul 2019-cu ildə isə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Mingəçevir şəhərində N saylı hərbi hissədə hərbi xidmətini davam etdirib. 27 sentyabr Vətən Müharibəsinin başlaması ilə cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılmışdır. 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində həlak olmuşdur.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.