MİLLİ QƏHRƏMAN GENERAL POLAD HƏŞİMOV

Стандартный

Polad_Həşimov

Polad İsrayıl oğlu Həşimov (2 yanvar 1975VəndamQutqaşen rayonu – 14 iyul 2020AğdamTovuz rayonu) — Azərbaycan Ordusunun general-mayoru. 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlər zamanı ön xətdə döyüş zamanı qəhrəmancasına həlak olmuşdur. Azərbaycan respublikası prezidentinin 9 dekabr 2020-ci il «hərbi qulluqçuların təltifi haqqında» sərəncamına əsasən Həşimov Polad İsrayıl oğluna «Azərbaycanın milli qəhrəmanı» fəxri adı verilmişdir.

Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulmuş, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. O, ailəli idi, 2 oğul və 1 qız atası idi

Polad Həşimov 2003-cü ildə   «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant  olaraq «Vətən uğrunda» medalı ilə təltif olunur.

2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi igidliyə görə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə mükafatlandırılır. Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına həlak olur. 

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. 

9 dekabr 2020-ci il tarixində Prezidentin sərəncamı ilə Milli Qəhrəman adı verildi. 

VİKİPEDİYA

Обсуждение закрыто.