Murad İbadov (tam adı: İbadov Murad Yusif; 29 dekabr 1993; Qobustan, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Murad İbadov 1993-cü 29 dekabr tarixində Qobustan rayonu Cəyirli kəndində anadan olub. 2000-ci ildə Qobustan rayonu Cəyirli kəndində Şəhid Rasim Hüseynov adına ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirdikdən sonra Qobustan rayonu Cəyirli kənd Şəhid Ayaz Quliyev adına tam orta məktəbində təhsilini davam etdirib.
2011-ci ildə məktəbi bitirdikdən sonra, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub. 2015-ci il dekabr ayında təhsilini bitirərək 2016-cı il 1 yanvar tarixindən Bərdə korpusunda xidmətə başlayır.
2016-cı il dördgünlük müharibədə iştirak etdikdən sonra Tərtər rayonu N-saylı hərbi hissədə leytenant olaraq xidmətini davam etdirmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanmış İkinci Qarabağ müharibəsində döyüşlərin ilk günlərindən etibarən baş leytenant kimi qatılmışdır.
Murad İbadov keçmiş Ağdərə rayonu istiqamətində baş verən döyüşlərdə həlak olmuşdur. 2020-ci ilin 22 noyabr tarixində anadan olduğu Qobustan rayonu Cəyirli kəndində dəfn edilmişdir.Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Vətən uğrunda» medalı ilə təltif olunmuşdur.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.