Daily Archives: 29.12.2020

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT MURAD İBADOV

Стандартный

Murad İbadov

Murad İbadov (tam adı: İbadov Murad Yusif; 29 dekabr 1993QobustanAzərbaycan — 20 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantıVətən müharibəsinin şəhidi.

Murad İbadov 1993-cü 29 dekabr tarixində Qobustan rayonu Cəyirli kəndində anadan olub. 2000-ci ildə Qobustan rayonu Cəyirli kəndində Şəhid Rasim Hüseynov adına ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirdikdən sonra Qobustan rayonu Cəyirli kənd Şəhid Ayaz Quliyev adına tam orta məktəbində təhsilini davam etdirib.

2011-ci ildə məktəbi bitirdikdən sonra, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub. 2015-ci il dekabr ayında təhsilini bitirərək 2016-cı il 1 yanvar tarixindən Bərdə korpusunda xidmətə başlayır.

2016-cı il dördgünlük müharibədə iştirak etdikdən sonra Tərtər rayonu N-saylı hərbi hissədə leytenant olaraq xidmətini davam etdirmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanmış İkinci Qarabağ müharibəsində döyüşlərin ilk günlərindən etibarən baş leytenant kimi qatılmışdır.

Murad İbadov keçmiş Ağdərə rayonu istiqamətində baş verən döyüşlərdə həlak olmuşdur.  2020-ci ilin 22 noyabr tarixində anadan olduğu Qobustan rayonu Cəyirli kəndində dəfn edilmişdir.Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Vətən uğrunda» medalı ilə təltif olunmuşdur.

vikipediya