Daily Archives: 28.12.2020

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR SÜBHİ MÜRSƏLİYEV

Стандартный

Sübhi Mürsəliyev

Sübhi Balamirzə oğlu Mürsəliyev (28 dekabr 1979İsmayıllıAzərbaycan — 30 sentyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sübhi Mürsəliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı həlak olub. İsmayıllı rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan prezidentinin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edildi.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT MİXAİL HƏMİDOV

Стандартный

Mixail_Həmidov

Mixail Həmidov (tam adı: Mixail Hamlet oğlu Həmidov; 28 dekabr 1983BerlinŞərqi Almaniya — 24 oktyabr 2020FüzuliAzərbaycan) — iqtisadçı; Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Mixail Həmidov 1983-cü il dekabrın 28-də Şərqi Almaniyanın Berlin şəhərində hərbçi ailəsində anadan olub. 1991-2001-ci illərdə Səbail rayonunun F. Tağıyev adına 72 nömrəli məкtəb-liseyində təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 6 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə leytenant rütbəsində xidmət edən Mixail Həmidov, 2011-ci ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından təxris olundu. Rusingilis və erməni dillərini bilirdi.

Azərbaycan Ordusundan təxris olunmasından 2 il sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil oldu və 2015-ci ildə həmin universiteti «Biznesin idarə edilməsi (MBA)» ixtisası üzrə magistr dərəcəsi ilə bitirdi. 2010-2016-cı illərdə «AGBank» ASC-də, 2016-cı ildən isə «Xalq Bank» ASC-ndə çalışırdı. Son olaraq «Xalq Bank» ASC-nin Mingəçevir filialının direktoru olub.

Ailəli idi. Mədinə, Mələк və Yusif adında üç övladı yadigar qaldı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlananda, Azərbaycan Ordusunun ehtiyyatda olan baş leytenantı Mixal Həmidov öz istəyi ilə müharibəyə yollanıb. Vətən müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb.  Mixail Həmidov oktyabrın 24-də Füzuli döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

vikipediya