Malik Əliyev (tam adı: Malik Təvəkkül oğlu Əliyev; 26 dekabr 1986; Babək, Azərbaycan — 13 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Malik Əliyev 1986-cı il dekabrın 26-da Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak eidb. Malik Əliyev oktyabrın 13-də həlak olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Malik Əliyev ölümündən sonra 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edildi.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.