Ərzuman Osmanov (tam adı: Osmanov Ərzuman Kamran oğlu ; 25 dekabr 1990; Orta Ləki, — 1 oktyabr 2020; Madagiz) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonu Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı orta məktəbdə təhsil alırdı. Subay idi.
Əsgər yoldaşları arasında «Aliço» ləqəbi ilə tanınan Ərzuman Osmanov oktyabrın 1-də Suqovuşan uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi noyabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 noyabr tarixində Mingəçevir şəhər qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Osmanov Ərzuman Kamran oğlu «Vətən uğrunda» medalı ilə təltif olunmuşdur.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.