Toğrul Hacıyev (tam adı: Toğrul Rüfət oğlu Hacıyev; 24 dekabr 1996; Bakı, Azərbaycan — 10 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Toğrul Hacıyev 1996-cı il dekabrın 24-də Bakı şəhərində anadan olub. Əslən Füzuli rayonundan idi. 2003-2014-cü illərdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin 313 nömrəli tam orta məкtəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasında baкalavr pilləsində, 2018-2020-ci illərdə isə həmin təhsil müəssisəsində magistr pilləsində ali musiqi təhsil alıb. Subay idi.
Toğrul Hacıyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Toğrul Hacıyev oktyabrın 10-da Füzuli döyüşləri zamanı həlak olub. Binəqədi rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Hacıyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.