APREL ŞƏHİDLƏRİ: LERİKLİ VÜSAL ƏLİYEV

Стандартный

Vüsal_Əmiroğlu Əliyev

Vüsal Əmir oğlu Əliyev (d. 22 dekabr 1996; LerikAzərbaycan — ö. 5 iyul 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə AzərbaycanErmənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalı ilə təltif edilib.

Vüsal Əliyev 1996-cı ildə Lerik rayonunun Noda kəndində anadan olub.

Əsgər Vüsal Əliyev 2016-cı ildə, iyulun 5-i saat 12.30 radələrində AzərbaycanErmənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. İyulun 6-sı isə Vüsal Əliyev doğulduğu Lerik rayonunun Noda kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüsal Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalı ilə təltif edildi.

vikipediya

Реклама

Обсуждение закрыто.