Daily Archives: 21.12.2020

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ: TAPDIQ QURBANƏLİYEV

Стандартный

Tapdıq Qurbanəliyev

Tapdıq Qurbanəliyev (tam adı: Tapdıq Dövlətxan oğlu Qurbanəliyev; 21 dekabr 1978ŞəkiAzərbaycan — 16 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi.

Tapdıq Qurbanəliyev 1978-ci il dekabrın 21-də Şəki rayonunun Aydınbulaq кəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun baş giziri olan Tapdıq Qurbanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. Tapdıq Qurbanəliyev oktyabrın 10-da həlak olub. Şəki rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

vikipediya

Реклама