Surxay Noçuyev (tam adı: Surxay Əbdul oğlu Noçuyev; 19 dekabr 1988; Zəngilan, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli кəndində anadan olub. 1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2002-2005-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Surxay Noçuyev 2009-2020-ci illər ərzində Azərbaycan Ordusunun sıralarında Tağımın Komandiri, Bölüyün Komandiri və Qərargah rəisi vəzifələrini icra edib. Surxay Noçuyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun mayoru olan Surxay Noçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Surxay Noçuyev noyabrın 8-də Qubadlı döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Noçuyevə ölümündən sonra «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Noçuyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.