VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ: KAPİTAN ELMAN BABAXANOV

Стандартный

Elman Babaxanov

Elman Babaxanov (tam adı: Elman Ağamirzə oğlu Babaxanov; 17 dekabr 1993Azərbaycan — 9 noyabr 2020XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi. Ölümündən sonra göstərdiyi şücaətə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

Elman Babaxanov 17 dekabr 1993-cü ildə Bakıda doğulub.

2012-2009-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cü illərdə ali hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) alıb. Ailəli idi. Asena adlı bir qız övladı var idi.

Elman Babaxanov hərbi təhsilini bitirəndən sonra ön xətt zonalarında hərbi xidmətdə olub.

Elman Babaxanov Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabitlərindən biri idi.

Elman Babaxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl Füzuli Zəngilan Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş əməliyyatlarında göstərdiyi şücaət və igidliyə görə Elman Babaxanova yuxarı komandanlıq tərəfindən vaxtından əvvəl Kapitan zabit rütbəsi verilmişdir.

Noyabrın 9-da Xocavənd ətrafında erməni faşistlərinə qarşı gedən qanlı döyüşlərdə xüsusi hünər və rəşadət nümayiş göstərib, erməni yaraqlılarına qarşı aparılan ağır döyüşlər zamanı yağı düşmənin atdığı snayperə tuş gələrək qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Elman Ağamirzə oğlu Babaxanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərməsinə görə ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuşdur.

vikipediya

Обсуждение закрыто.