Daily Archives: 17.12.2020

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ: ŞAMAXILI ŞAHMURAD İSGƏNDƏROV

Стандартный

Şahmurad İsgəndərov

Şahmurad İsgəndərov (tam adı: Şahmurad Natiq oğlu İsgəndərov; 17 dekabr 1996ŞamaxıAzərbaycan — 18 noyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Şahmurad İsgəndərov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Göylər кəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Şahmurad İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Şahmurad İsgəndərov oкtyabrın 18-də döyüşlər zamanı ağır yaralanıb və 30 gün xəstəxanada müalicə aldığdan sonra noyabrın 18-də şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

vikipediya

Şəkil FB-dakı «Şamaxı şəhəri» səhifəsindən götürülüb

Реклама

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ: KAPİTAN ELMAN BABAXANOV

Стандартный

Elman Babaxanov

Elman Babaxanov (tam adı: Elman Ağamirzə oğlu Babaxanov; 17 dekabr 1993Azərbaycan — 9 noyabr 2020XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi. Ölümündən sonra göstərdiyi şücaətə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

Elman Babaxanov 17 dekabr 1993-cü ildə Bakıda doğulub.

2012-2009-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cü illərdə ali hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) alıb. Ailəli idi. Asena adlı bir qız övladı var idi.

Elman Babaxanov hərbi təhsilini bitirəndən sonra ön xətt zonalarında hərbi xidmətdə olub.

Elman Babaxanov Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabitlərindən biri idi.

Elman Babaxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl Füzuli Zəngilan Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş əməliyyatlarında göstərdiyi şücaət və igidliyə görə Elman Babaxanova yuxarı komandanlıq tərəfindən vaxtından əvvəl Kapitan zabit rütbəsi verilmişdir.

Noyabrın 9-da Xocavənd ətrafında erməni faşistlərinə qarşı gedən qanlı döyüşlərdə xüsusi hünər və rəşadət nümayiş göstərib, erməni yaraqlılarına qarşı aparılan ağır döyüşlər zamanı yağı düşmənin atdığı snayperə tuş gələrək qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Elman Ağamirzə oğlu Babaxanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərməsinə görə ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuşdur.

vikipediya