QARABAĞ ŞƏHİDLƏRİ: ŞAMAXILI ANAR BABAŞOV

Стандартный

Anar_Babaşov

Anar Əlibaba oğlu Babaşov (d. 15 dekabr 1972ŞamaxıAzərbaycan — ö. 29 oktyabr 1992AğdamAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi.

Anar Babaşov 1972-ci il 15 dekabrda Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub.

1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Anar Babaşov, 1992-ci il 29 oktyabrda Ağdam rayonu istiqamətində şəhid olub.

Anar Babaşov, Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Anar Babaşov, Azərbaycan Prezidenti Heydər Əliyevin 9 mart 2007-ci il tarixli 2019 nömrəli fərmanı ilə ölümündən sonra «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib

VİLİPEDİYA

Обсуждение закрыто.