Orxan Əkbərov (tam adı: Orxan Nadir oğlu Əkbərov; 12 dekabr 1982; Saatlı, Azərbaycan — 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Şəhid Polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci ildə Saatlı rayonunda dünyaya gəlmişdir. 1989-1997-ci illərdə Saatlı rayonu 3 saylı orta məktəbdə, 1997-1999-cu illərdə Biləsuvar rayonu 1 saylı tam orta məktəbdə orta təhsilini almışdır. Ailəli idi, 2 övladı var. Orxan Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində döyüş əməliyyatı zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid Orxan Əkbərov 06 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayon qəbiristanlığında dəfn olunmuşdur.
2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini Qoşun Kəşfiyyat ixtisası üzrə bitirmiş, 2004-2005- ci illərdə Təlim Tədris Mərkəzində ixtisası üzrə təhsil almışdır. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri vəzifəsində, 2007-ci ildən kəşfiyyat bölük komandiri vəzifəsində, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləmişdir. 2020-ci ilin yanvar ayından şəhid olduğu tarixdək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət etmişdir. Orxan Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində döyüş əməliyyatı zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirərək qəhrəmancasına şəhid olmuşdur.
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal, Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubley medalı təltif edilmişdir. 9 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Orxan Nadir oğlu Əkbərova Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.
VİKİPEDİYA
Для отправки комментария необходимо войти на сайт.