Daily Archives: 12.12.2020

ŞƏHİDLƏRİMİZ: BAŞ ÇAVUŞ ELVİN ABBASOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: BAŞ ÇAVUŞ ELVİN ABBASOV

Elvin Abbasov

XTQ- in baş çavuşu  Abbasov Elvin Şamil oğlu. Əslən Ağdərə rayonu Umudlu kəndindən olan Elvin, qaçqın düşdükdən sonra ailəsiylə Bərdənin Hacılı kəndində yaşayıblar. 44 günlük müharibədə həlak olub. Azyaşlı iki uşağı qalıb.

Allah rəhmət eləsin!

Реклама

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI PODPOLKOVNİK ORXAN ƏKBƏROV

Стандартный

Orxan Əkbərov

Orxan Əkbərov (tam adı: Orxan Nadir oğlu Əkbərov; 12 dekabr 1982SaatlıAzərbaycan — 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Şəhid Polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci ildə Saatlı rayonunda dünyaya gəlmişdir. 1989-1997-ci illərdə Saatlı rayonu 3 saylı orta məktəbdə, 1997-1999-cu illərdə Biləsuvar rayonu 1 saylı tam orta məktəbdə orta təhsilini almışdır. Ailəli idi, 2 övladı var. Orxan Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində döyüş əməliyyatı zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid Orxan Əkbərov 06 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayon qəbiristanlığında dəfn olunmuşdur.

2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini Qoşun Kəşfiyyat ixtisası üzrə bitirmiş, 2004-2005- ci illərdə Təlim Tədris Mərkəzində ixtisası üzrə təhsil almışdır. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri vəzifəsində, 2007-ci ildən kəşfiyyat bölük komandiri vəzifəsində, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləmişdir. 2020-ci ilin yanvar ayından şəhid olduğu tarixdək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət etmişdir. Orxan Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində döyüş əməliyyatı zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirərək qəhrəmancasına şəhid olmuşdur.

«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal, Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubley medalı təltif edilmişdir. 9 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Orxan Nadir oğlu Əkbərova Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.

VİKİPEDİYA