Daily Archives: 11.12.2020

HİMNİMİZİN MƏTNİNİ ELƏ BİL DİLİMİZİ TƏZƏ ÖYRƏNMİŞ İNTURİST YAZIB…

Стандартный

azərbaycan himn

Jan Reno və Jülyet Binoşun oynadıqları çox yapışıqlı fransız filmində gənc qadın özünü saxlaya bilməyib ağlayanda deyir: Mən çox sentimentalam, ağlağanam, hətta “Marselyez”i də eşidəndə hərdən ağlayıram…

”Marselyez” 1792-ci ildə yaranmış inqilabi mahnıdır, sonradan Fransanın dövlət himninə çevrilib və indi hər əqidədən olan fransız ı bu himn ağlatmasa da riqqətə ya vəcdə gətirir, kövrəldir.

“Allons enfants de la Patrie,
le jour de gloire est arrive
Contre nous de la tyrannie
L’etendard sanglant est leve.
L’etendard sanglant est leve:
Entendez-vous dans nos campagnes
Mugir ces feroces soldats?
Qui viennent ы
Egorger vos fils et vos compagnes…”

«Ey Vətən övladları, şöhrət anı yetişdi, müstəbidin qanlı bayrağı bizə qarşı ucalıb, kəndlərinizdə vəhşi əsgərlərin hayını eşidirsinizmi? Onlar gəlirlər ki, sizin oğullarınızı və yoldaşlarınızı qətlə yetirsinlər…”

Və sair. Himn altı bənddir, mətn sərtdir, çünki sərt dövrdə yaranıb. Ancaq bu günün fransızları himni eşidəndə qanlı müstəbidlər və “onların oğullarını öldürməyə gələn” əsgərlər haqqında düşünmürlər. Himnin melodiyası onlara şanlı tarixi olan şöhrətli bir dövlətin vətəndaşları olduqlarını, bu dövlət uğrunda milyonların can verdiyini xatırladır…

Bizim indiki himnimizin yalnız 1992-ci ildən ifa olunduğunu nəzərə alsaq, fransız himnində iki yüz il kiçikdir. Ancaq az vaxtda Üzeyir Hacıbəyovun musiqisiuşağa da, böyüyə də doğma olub. Əlbəttə, bütün başqa himnlər kimi, onun sözlərinə, lap onu əzbər bilənlər də, elə ciddi fikir vermirlər. Himn şanrına görə mahnıdır, mahnıda isə əsas musiqidir. Ancaq  bu demək deyil ki, hər cür həlləm-qələm mətn himnə yarayır. Hərçənd Rusiya himninin mətni belədir. Putin SSRİ-nin himninin mətninin ora-burasını yamatdırıb Rusiyaya sırıdı…

Gələk öz mətnimizin sözlərinə…

İlk iki misraya irad yoxdur. Sonra gəlir “Səndən ötrü can verməyə cümlə hazırız!”

Cümlə hazırız – yəni hamımız hazırıq. “Cümlə” — əcnəbi söz olmaqdan əlavə, həm də arxaizmdir.  İfadənin özü isə azərbaycanca deyil. Hansı azərbaycanlı bu himn yazılan vaxtlar deyirdi “cümlə hazırız”?

Himnin mətni dərsliklərin əvvəlində çap olunur, məktəblilər əzbərləyirlər. İndi şagird müəllimindən soruşa ki, niyə “hazırıq” yox, “hazırız”? Müəllim deyəcək ki, 1919-cu ildə azərbaycanlılar belə danışırdılar? Axı 1919-cu ildə,  ondan əvvəl də, ondan sonra da azərbaycalılar “hazırız” demirdilər”. “Hazırız”ı Rza bəy kimi başına osmanlı fəsi qoyub ana dillərinə dallarını çevirmiş “əfəndi”lər deyirdilər.

Himn 1992-ci ildə qəbul ediləndə, ən azından xırda dəyişiklillər etmək lazım deyildimi?

“Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu”.

Əsgər, vətən uğrunda döyüşəndə də, hüququnda keçmir, əsgərin də hüququnu dövlətin qanunları, nizamnamə qoruyur. Candan keçmək ayrı, hüqyuqdan keçmək ayrı. Bizim komandirlərə elə bu lazımdır, əsgərin haqqını tapdalaynda deyəcəklər ki, himndə belə deyilir…

Bəlkə şair ayrı şey demək istəyib?

Məsələ burasındadır ki, şeiri elə bil azərbaycanlı yox, Azərbaycan dilini xarici dil kimi öyrənmiş əcnəbi yazıb və dilin bütün çalarlarına və incəliklərinə bələd deyil…

“Hərə bir qəhrəman oldu!”

Bu misra ilə əvvəlki misra arasında əlaqənin düzgün qrammatik ifadəsi yoxdur. Oxucu gərək özü təsəvvvür edə ki, mətn müəllifi nə demək istəyir. Yəqin demək istəyir ki, “canından keçməyə hazır əsgərlərin hər biri qəhrəman oldu”.

“Hərə bir qəhrəman oldu” – biz belə danışmırıq. Poetik dilimiz də belə deyil.

“Sən olasan gülüstan”.

Yenə də azərbaycanca deyil “Gülüstana dönəsən, gülüstan olasan” – bu, azərbaycancadır. “Sən olasan gülüstan” – bunu ya azyaşlı uşaq deyər ya da inturist.

“Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!”.

Məhəbbət haçandan rəqəmlə sayılıb? Bu qayda ilə çəkiylə də demək olardı… Bir ton məhəbbət… “Məhəbbət”lə həmişə böyüklük ya da sonsuzluq ifadə edən təyinlər işlədilir: dərya, ümman və s.

“Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!”

Bu cür misraları o halda qəbul etmək olardı ki, Molla Pənah Vaqif, Aşıq Qurbani kimi şairlərimizin əsərlərindəki, bayatılarımızdakı, Koroğlu qoşmalarında və gəraylılarındakı dil saflığı və mükəmməl poetik sintaksis olmayaydı. “Cümlə gənclər müştaqdır”… Pantürkizm iddiasında olan, başına fəs qoyan müəllifin miusrasında bir dənə də doğma söz yoxdur. Bu bir yana, morfologiya və sintaksis də azərbaycanca deyil…

Himnin mətnini dəyişmək lazımdırmı? Yəqin ki, yox. Çünki Azərbaycanda ədəbiyyat aləmi sarsaq insanlarla doludur, eləsini yazarlar ki, indiki mətn dünya ədəbiyyatının incisi kimi görünər. Dəyişikliklər eləmək olardı. Onu da indi yox. Zaman qarışıqdır. Elə adamlara tapşırarlar ki, qaş qayıran yerdə vurub göz çıxararlar. Hələlik “hazırız” deyək… Hazırız…zırız…rız….

Mirzə ƏLİL

11.12. 2020, Samara

P.S. Boynuma alım ki,, Azərbaycanın himnin eşidəndə mənim də gözlərim yaşarır…

M.Ə.

Реклама

ŞƏHİDLƏRİMİZ: XDQ KİÇİK GİZİRİ BEYRƏK FEYZULLAYEV

Стандартный
ŞƏHİDLƏRİMİZ: XDQ KİÇİK GİZİRİ BEYRƏK FEYZULLAYEV

Beyrək Feyzullayev

Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Beyrək Feyzullayev. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN SSR-İN DÖVLƏT HİMNİ: «RƏHBƏRİMİZ STALİNDİR …»

Стандартный

Poster_of_Azerbaijan_1939._Opera
Azərbaycan SSR-in 1921-ci il, 1927-ci il və 1937-ci il konstitusiyalarında bayraq və gerb haqqında maddələr olsa da, dövlət himni barədə maddə olmamışdır. Dahi bəstəkar Üzeyir Hacıbəyov 1930-cu ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə himn bəstələmişdir. Əsərin ədəbi mətni də bəstəkarındır. Orkestr və xor üçün yazılmış bu əsər ilk dəfə 1930 il aprelin 28-də müəllifin idarəsi ilə səslənmişdir. 3 hissədən ibarət  əsər kantata janrına yaxın olduğundan onu bəzən kantata da adlandırırlar. Lakin bu himnin Azərbaycan SSR-nın dövlət himni kimi qəbul edilməsi haqqında məlumat əldə edilməmişdir. 
1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin müəllifi Üzeyir Hacıbəyov olmuşdur. Himnin sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. “Kommunist” qəzetinin 23 Sentyabr 1945-ci il tarixli sayının 1-ci səhifəsində Üzeyir Hacıbəyovun bəstələdiyi “Azərbaycan SSR Dövlət himni”nin notu çap olunmuşdur.
Himnin mətni aşağıdakı kimi idi: 
Azərbaycan — dünya görmüş bu şərəfli, şanlı diyar, 
Vətən eşqi babalardan qalmış əziz bir yadigar, 
Qanlı döyüş meydanında biz yaratdıq ağ günləri — 
Nəsillərdən nəsillərə yurdumuzun şöhrəti var.
Qoy var olsun Azərbaycan, Odlar yurdu — Ana vətən  
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən.. 
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,  
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən. 
=
Ustadımız böyük Lenin — şanlı zəfər bayrağımız,  
Rəhbərimiz Stalindir — bizim həyat növrağımız.  
Gözəl Bakı! Qüdrətindən ilham alır Azərbaycan —  
Azad elli, azad günlü doğma Sovet torpağımız. 
=
Qoy var olsun Azərbaycan, Odlar yurdu — Ana vətən  
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən..  
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,  
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən. 
=
Qardaşımız rus xalqıdır azadlığın bayraqdarı,  
Qanımızla suvarmışıq bu dostluğu, bu ilqarı,  
Yer üzünün şöhrətidir şanlı Sovet torpağımız —  
Bu torpaqda çiçək açdı insanlığın ilk baharı… 
=
Qoy var olsun Azərbaycan, Odlar yurdu — Ana vətən  
Qoca Şərq günəş doğur yurdumuzun qüdrətindən..  
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,  
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən. 
1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası  qəbul edilərkən himnin mətnində Hüseyn Arif müəyyən dəyişiklik etmiş, Niyazi isə musiqi redaktəsi aparmışdı. 1978-ci il Konstitusiyanın 182-ci maddəsinə görə, Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himninin Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməsi müəyyənləşdirilmişdi. 
Azərbaycan SSR-in 1978-ci ildəki Dövlət himninin mətni aşağıdakı kimi idi:
Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!  
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.  
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,  
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!  
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,  
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.  
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,  
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!  
Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir,  
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.  
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,  
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.  
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,  
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.  
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,  
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!  
Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,  
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.  
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,  
Qoy var olsun bu ittifaq — şanlı Sovet Vətənimiz!  
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,  
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.  
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,  
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Bu himn 1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra faktiki olaraq öz ömrünü başa vurmuşdu. 
27 may 1992-ci il ildə “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 
“Azərbaycan Respublikasının Dövlət himni haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1993-cü il 2 Mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 Sentyabr tarixli Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilmişdir. 

http://www.azerbaijans.com/content_976_az.html

QARABAĞ ŞƏHİDLƏRİ: ƏMRAH RƏCƏBOV

Стандартный

Əmrah Rəcəbov

Əmrah Rəcəbov (tam adı: Əmrah Rəcəbov; 11 dekabr 2000GəncəAzərbaycan — 8 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir.

Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır.

Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir.

Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində həlak olmuşdur.

vikipediya