VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI RAMİZ CƏFƏROV

Стандартный

Ramiz Cəfərov

Ramiz Cəfərov (tam adı: Ramiz Sübhan oğlu Cəfərov; 10 dekabr 1974Ukrayna — 5 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynada anadan olub. Sumqayıt şəhərinin 11 nömrəli tam orta məкtəbində təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ailəli idi. Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı, Nurlan adında isə bir oğlu yadigar qaldı.

Ramiz Cəfərov 1989-1992-ci illərdə Cəmşid Naxçıvanlı adına Hərbi Liseydə, 1992-1996-cı illərdə isə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. Bir müddət Qarabağ müharibəsində savaşan Ramiz Cəfərov, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə də savaşıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polкovniк-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiz Cəfərov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərova «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.

Vikipediya

Обсуждение закрыто.