PEŞƏKAR? İGİD? CƏSUR? BƏS NİYƏ 46 YAŞINDA PODPOLKOVNİK?

Стандартный

Ramiz Cəfərov2

Podpolkovnik Pamiz Cəfərova ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” adı verilib. Q

Qəhrəman Şuşa uğrunda döyüşlərdə noyabrın 5-də həlak olub. Dekabrın 10-da podpolkovnikin 46 yaşı tamam olmalıydı.

İnternetdə olan məlumatdan görünür ki, zabit Aprel döyüşlərində də iştirak edib və özünü yaxşı göstərib. Qurtardığı Ryazan desant məktəbi də podpolkovnikin yüksək peşəkarlığına sübutdur.

Elə isə, niyə 46 yaşlı zabit podpolkovnikdən yuxarı qalxmayıb. Axı podpolkovik rütbəsi yaşı 40-ı keçmiş zabit üçün bir növ perspektivsizlik göstəricisidir, yəni belə zabit birbaşa komandanlıqla bağlı olmayan işlərdə olur, məsələn, təchizat, təsərrüfat işində, istefa ərəfəsində polkovnik alır ya almır…

İgid, cəsur, yüksək hazırlıqlı Ramiz Cəfərov niyə niyə bu “pod”, yəni “polkovnikdən aşağı”, “lieutenant colonel” səviyyəsində qalıb?

İdarə rəisinin bir ilin ərzində rütbəsi iki dəfə artırılıb. Keçən il general-leytenant, indi isə general-polkovnik rütbəsi verilib.

Əli Nağıyevə bir ildən sonra hansı rütbə veriləcək?  Marşal?

Qınamayan olsa, bu adamlar dallarına da ulduz taxarlar…

Mən başa düşmürəm ki, niyə Ramiz Cəfərov kimi igid zabiti podpolkovnik rütbəsində 46 yaşacan saxlayıblar. Əlbəttə, indi ona verilən ad ailəsi üçün həm şərəf, həm də təsəllidir. Ancaq mənə elə gəlir ki, sağlığında bu cəsur zabiti “pod” rütbəsi ilə əldəqayırma generallar qəsdən aşağılayıblar.

Unutmayaq ki, Həzi Aslanov 31 yaşında sovet generalı olmuşdu.

Bizdə də yəqin 30 yaşlı generallar çoxdur. Parket generalları… 46 yaşınacan “pod” rütbəsində saxlanılmış igid zabit Ramiz Cəfərovun ölümündən sonra yüksək ad almağı sevincdən çox suallar və məyusluq doğurur…

Mirzə ƏLİL

10.12. 2020, Samara

Обсуждение закрыто.