AZƏRBAYCANDA ORDUDAN YAYINMIŞLAR ERMƏNİ FƏRARİLƏRİNDƏN DƏFƏLƏRLƏ ÇOX OLAR…

Стандартный

Şəhidlərin dəfni

Hərbi paraddakı çıxışında İlham Əliyev deyir ki, Ermənistan ordusundan 10 min nəfər fərarilik edib, bizdə isə bir nəfər də fərari olmayıb.

«Fərari» — «qaçmaq», sözündəndir, «fərari» qaçan deməkdir. Azərbaycan ordusundan qaçanların olmamağı, əlbəttə, çox yaxşıdır. Ancaq bizdə yayınanlar sayılsa, erməni fərarilərinin sayından dəfələrlə çox olar. Əliyevin öz əhatəsindən, çoxsayı məmur zümrəsindən, imtiyazlı sinifdən bir nəfər də şəhid yoxdur. İndi Milli Qəhrəman adına layiq görülmüş mərhum general Polad Həşimovun bacısı deyirdi ki, «varlının şıhidi olmur, şəhidi kasıblar verirlər». Generalın bacısı yalan deməzdi…

Demək olar ki, yalnız fəhlə-kəndli uşaqlarından ibarət orduyla döyüşən rəhbər gərək rəqib ordusunun fərarilərini saymaya…

Ayıbdır…

Mirzə ƏLİL

10.12. 2020, Samara

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.