ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-2

Стандартный

İlham Əliyev 4

Millət, gözün aydın olsun,
Gəldi sülhməramlılar!

İvanovlar, Sidorovlar,
Karapetlər, Aramlar!

                  ====

Yoxdu tayım, bərabərim,
Siyasətdə təkəm mən.

Araikə silah gedir,

Düz Bakının içindən!

                    Ey! Uh!

                ====

Yoxa çıxıb  haçandır ki,
Müdafiə naziri.

Axtarışa verməyə lap,
Zakiri biz hazırıq.

                 ====

Bəlkə düşmən arxasına,
Keçib bizim qəhrəman?

İndiyəcən məzələnir,
Erməninin dalıynan?

                  Ey! Uh!

İndi özüm hücumdayam,
Həm də müdafiədə.

Hərdən-birdən qol vururam,

Buraxıram mən həm də.

             Ey! Uh!

                        ====

Od vurublar kirvələrim,
Kəlbəcərə, Laçına.

Söz demirəm, çünki gələr,
Putinin acığına.

                Ey! Uh!

                     =====

Deyirlər ki, şəhid verir,
Niyə ancaq kasıblar.

Varlılar da əsgər getsə,
Axı məndən küsərlər.

                      Ey! Uh!

                       ======

“Bir fərman ver, marşal olum”, —
Deyir mənə Mehruban!

Marşal əri olacağam! –

Zırıltıdır, ay aman!

                  Eh! Uy!

Mirzə ƏLİL

30. 11. 2020, Samara

Реклама

Обсуждение закрыто.