
Cəlilabadın Alar kəndindən 1997-ci il təvəllüdlü Bilal Novruz oğlu Rzayev. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub. 24 noyabr 2020-ci ildə doğma kəndində dəfn edilib.
Allah rəhmət eləsin!
Minlərlə soydaşımızın həlak olduğu, bəlkə on minlərlə hərbçimizin yaralandığı, itkin düşdüyü Qarabağ müharibəsini MMA turnuri kimi müşahidə etmiş məmurlar, “millət vəkilləri” indi fasiləsiz açıqlama verir, döyüşlərin gedişini şərh edirlər. Heç bir yaxını cəbhəyə getməyən bu oğraşlar prezidentin, ordunun ünvanına təriflər yağdırır, onlara heç bir aidliyi olmayan qələbədən də istifadə edib tamamilə qanunsuz tutduqları yerləri daha da möhkəmləndirməyə çalışırlar.
Ən fəal “açıqlama” verənlərdən biri Malik Həsənovdir. Bir vaxt onun qardaşı da deputat olub. Uzun illər ərzində Cəlilabad rayonundan özünü deputat seçdirən Malik Həsənovun üzdəniraq parlamentdə nə ilə məşğul olduğunu mətbuatdan öyrənmək mümkün deyil. Onun adıyla bağlı heç bir qanun layihəsi, müzakirələrdə heç bir çıxış yoxdur. İndi az qala hər gün Azərbaycan xəzinəsindən maliyyələşdirilən qəzet və saytlarda Malik Həsənovun çıxışı verilir. Məsələn bu çıxış; “Azərbaycanın dəmir yumruğu öz tarixi missiyasını yerinə yetirdi”. Sonra da ordunun qələbəsi haqqında, əlbəttə, şərəfsiz jurnalistin özünün qondardığı uzun cəfəngiyyat.
Analar diri-diri özlərini şəhid balalarının təzə qazılmış qəbirlərinə atırlar, ürəkləri dərddən partlayır, ermənilərdə işgəncələrə məruz qalan əsirlər var, valideynləri dəli olan itkinlər var. Bu oğraş deputatlar, lotu vəkillər isə şərəfsiz jurnalistlərin yardımı ilə “açıqlama-şou” qururlar…
Malik Həsənovu Googl-la axtarın. Bunları taparsınız:
“Deputat Malik Həsənov biznesini Dubaya köçürür”.
“Vergilər Nazirliyi deputat Malik Həsənovun şirkətinin əməkdaşlarını həbs edib”.
“Cəlilabadda Malik Həsənov fironluğu- Malik Həsənov Cəlilabadın şahıdır”
Belə “vəkillərin” işğalçı ermənilərdən nəyi yaxşıdır?
Bunların hamısını bir türk dronu ilə layiq olduqları yerə göndərməyin vaxtı deyilmi?
Mirzə Əlil
24. 11. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.