Daily Archives: 23.11.2020

ŞƏHİDLƏRİMİZ: DAŞKƏSƏNLİ RİYAZİYYAT MÜƏLLİMİ VİDADİ İSRAFİLOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: DAŞKƏSƏNLİ RİYAZİYYAT MÜƏLLİMİ VİDADİ İSRAFİLOV

Vidadi İsrafilov

Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi İsrafilov Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

POLKOVNİK BABƏK SƏMİDLİ MİNAYA DÜŞƏRƏK HƏLAK OLUB

Стандартный
POLKOVNİK BABƏK SƏMİDLİ MİNAYA DÜŞƏRƏK HƏLAK OLUB

Babək Səmidli

Polkovnik Babək Səmidli Suqovuşanda minaya düşərək şəhid olub.

Polkovnik Babək Səmidi Talış yüksəkliyinə Azərbaycan bayrağını sancıb.

Allah rəhmət eləsin!

LƏNKƏRANDA «YA HÜSEYN» DEYƏNLƏR ƏSLİNDƏ PUTİNİ ÇAĞIRIRLAR…

Стандартный

(Bu qeydlər bir FB istifadəçisinin Qarabağ döyüşlərində həlak olmuş Əflatun Fərəcova şəhid statusunun verilməməsiylə bağlı statusuna şərh kimi yazılıb)

Əflatun Fərəcov

Məmur özbaşınalığına qarşı iradıarınız, sosial ədaələt tələbinizlə razıyam, təkliflərinizin də çoxu rasionaldır. Ancaq sizə elə gəlmirmi ki, iki-üçü günə sakitcə həll edilə biləcək məsələnin dii şüarlar səsləndirilən və daha çox ixtişaşı xatırladan nümayişə çevrilməsi planlı, düşünülmüş hərəkətdir? Lənkəranda başçı Taleh Qaraşovdur? Bu başçı indiyəcən lənkəranlıların haqqını tapdalamamışdı? Bu adam, əgər başçı Qaraşvdursa, bir neçə il neftçalalıları minib çapıb. Yadınızdadırsa, Neftçalanın mərkəzində şam ağaclarını qırıb yerində ticarət mərkəzi tikdirmişdi. Yəni bu başçıda damğa qoymağa yer yoxdur. Niyə indiyəcən bir çıxış-zad olmurdu?

Mənə elə gəlir ki, kənd camaatının səmimi, ədalətli hiddətindən separatçılar istifadə edirlər.Axı müharibə başlanandan talış radikallar sosial şəbəkələrdə haray qoparırlar ki, qəsdən talışları qırırlar, talışları güllə qabağına verirlər və s. Bu, əlbəttə, yalandır. Yüksək rütbəli zabitlərin arasında çoxlu talış var, mənim bildiyimə görə, nüfuzlu generallar da var. Onlar öz soydaşlarını güllə qabağına verirlər?

İndi YouTubeü-da yayılan videoların birində “talış fəalı” kimi təqdim olunan Rahim Şalıyev utanıb-qızarmadan iddia edir ki, ən çox itkini talışlar veriblər və bunu hakimiyyət qəsdən edib.

Rəhim Şaliyev bilirmi ki, Zaqataladan, Şəkidən, Salyandan nə qədər şəhid var?

Əgər talışları ancaq ölənləri axtarırlarsa, bəlkə türkçülər də talışları Bakıda, Sumqayıtda yaşayanlar arasında axtarsınlar? Bəlkə etnik təmizləmələrə vaşlayaq?

Talış radikalların iddiaları manipulyasiyalara əsaslanır. Yazırlar ki, Lerik 81 şəhid verib. Əslində bu qədər şəhidin bəlkə yarısı Lerikdə doğulmayıb. Məsələn, Neftçalanın Aşağı Qaraimanlı kəndındən, Salyanın Qızılağac kəndindən etnik talışları Lerikə aid etmək düzgün deyil. Onlar Neftçaladan, Salyandan çağırılıblar. Eləcə də Bakıdan, Sumqayıtdan çağırılan talışlar. Əgər lerikliləri sayırıqsa, Lerikdə doğulub ordan hərbi xidmətə çağırılanları saymalıyıq. Talışları sayırıqsa, bu ayrı məsələdir. Talışlar Salyanda yaşayanda hamı kimi salyanlıdırlar, torpaqda, sudan bütün salyanlılar kimi istifadə edirlər – bağçaya gedirlər, məktəbdə oxuyurlar. Niyə onlar cəbhəyə gedən kimi talış sayılırlar? Bəs Bakıda, Sumqayıtda yaşayan on minlərlə talış? Onları hərbi xidmətə bakılı, sumqayıtlı kimi çağırırlar, talış kimi yox.

Mənə elə gəlir ki, şəhidlərin sayına görə rayonlar arasında bərabərlik var. Diskriminasiya sosial məhiyyətlidir. Yəni kasıblar döyüşürlər, ölürlər, varlılar keflərindədir.

Mənə elə gəlir ki, mənim fiikrim talış radikallara gün kimi aydındır. Ancaq onların öz oyunları, planları var. Qismən lənkəranlılardan, leriklilərdən, rusların dediyi kimi, “v tyomnuyu” istifadə edirlər. Yəni xalqın haqlı qəzəbini etnik iğtişaşa çevirirlər. Moskvanın da bunda marağı var və ona görə Kreml dolayısı ilə Rusiyadakı talışları bu cür destruktiv işlərə cəlb edir. Xatırladıram ki, oktyabrın 17-də, pandemiyanın qızğın vaxtı, Moskvada Talış federal-mədəni avtonomiyasının təsis qurultayı keçirilib. O günlər Kreml Baıya güclü təzyiq görstərirdi ki, hücumları dayandırsın. Qurultayda İsmayıl Şabanov talış dövlətinin yaradıcılağını və Rusiya Federasiyasının tərkibinə keçəcəyini elan elədi. Yəni Moskva 30 il il əvvəl olduğu kimi talışlardan Azərbaycana qarşı şantaj instrumenti kimi istifadə etməyə çalışır.

Leyla Əliyevanın ortaya atıldığını görəndən sonra Lənkərandakı hadisənin siyasi iğtişaşa döndərilməsinə şübhəm qalmadı. Bu qadının reputasiyası məlumdur.

O ki qaldı şəhidə, mən də onun xatirəsi önündə baş əyirəm. Əminəm ki, status məsələsi kənd ağsaqqallarının, ziyalılarının  sivil çıxışıyla həll edilə bilərdi. “Ya Hüseyn” çağırışıyla nizamlanan yürüşlərin nə ilə qurtardığını isə mənim kimi qocalar yaxşı bilirlər…

X.X.

23.11. 2020