Daily Archives: 18.11.2020

HANSI MAZAFAKER «ŞƏHİDLİK ZİRVƏ»SİNİ DİLİMİZƏ GƏTİRİB?

Стандартный

İlham Əliyev 3

Ağdamlı əkiz qardaşlar;

Lerikli əkiz qardaşlar;

Mingəçevirli qardaşlar;

Gəncə uşaq evində böyümüş yetim;

Qubalı atasız-anasız yetim;

Ailənin tək oğulları…

Bunlar və yüzlərlə bunlar kimilər Qarabağ döyüşlərində həlak olublar. Bunlar sağlıqlarında rstoran görməyiblər.gecə klubu görməyiblər, teatr, filarmoniya görməyiblər, xaricə səfər etməyiblər…

Bunlar qadınla yaxınlığın necə nemət olduğunu bilmədən ölüblər…

Bunlardan bəzilərinin anaları, ataları, nənələri, istəkli övladılarını ölümünə dözməyib elə yas ərzində ölüblər…

Azərbaycanın şərərfsiz deputatları, məmurları və onlardan da şərəfsiz jurnalistəri isə yazırlar ki, bunlar “şəhidlik zirvəsinə” ucalıblar…

Yalançının lap…Ay sizin ananızı…Siz o zirvəni harda görmüsünüz? Hansı kitabda o zirvədən yazılıb? Zəlimxan Yaqub kimi qafiyəbazların kitabında? Məmurların qabağında tula kimi quyruq bulayan jurnalistlərin məqaləsində?

Hansı mazafaker bu yöndəmsiz və pöozğun ifadəni ilk dəfə işlədib?

“Şəhid” , “şəhadət” İslam terminləridir, İslama görə, şəhid – din yolunda vuruşub öləndir.

Məgər bizim əsgərlərimiz din yolunda vuruşurlar?

Məgər Azərbaycan dünyəvi dövlət deyil? Azərbaycanda ateist ya başqa dindən olanlar azdırmı? Onlar hardan şəhid olurlar?

Yaxşı, deyək ki, biz “şəhid” sözünün tutumunu genişləndirmişik, prezident sratus-kvonu və formatları dəyişdiyi kimi, bu sözün də məna çalarını artırıb və Qarabağ uğrunda ölənə də “şəhid” deyirik. Allah günahımızdan keçsin…

Ancaq bu «zirvə» nədir?

Biz əgər axirətə inanırıqsa, necə ölməyindən asılı olmayaraq, dünyadan gedənləri Tanrı hüzurunda görməliyik. Tanrı hüzurunda nə zirvə?

Bəlkə “şəhidlik zirvəsi” deyənlər cəbhədə ölənlərin millətin nəzərində yüksəldiklərini nəzərdə tuturlar?

Əslində mən arxayınam ki, oğraş deputatlar və şərəfsiz deputatlar heç nə nəzərdə tutmurlar. Onların məqsədi belə gəlişi guya  gözəl olan  ifadələrlə xalqın başını qatmaqdır.

Bu mazafaker jurnalist gedib durub iki oğul itirmiş ananın çənəsinin altında, deyir ki, ürəyini buz kimi elə, sənin oğlanların şəhidlik zirvəsindədirlər…

Ananın ürəyi parçalanıb, halı yoxdur ki, bu oğraşa və bütün başqa oğraşlara və ənlik-kirşanlı lotu xanımlara desin: Yaxşı, o zirvə yaxşı yerdirsə, niyə hökumət adamalarından biri öz oğlunu o zirvəyə dıırmaşdırmadı?

Hanı prezidentin, prezident arvadının saysız qohumları?

Hanı nazirlərin, deputatların, səfirlərin, hakimlərin, prokurorların, icra başçılarının uşaqları?

Niyə şəhidlik zirvəsində sağlığında Allahın dəniziə yol tapmayan kasıb uşaqları qalxmalıdırlar?

Niyə Xəzəri hasarlamış boynuyoğunların uşaqları cəbhədə ölmədilər?

Belə Vətən müharibəsi olarmı?

Əgər Vətənin şərəfini bizim uşaqlarımız qorumalıdırlarsa və ölməlidirlərsə, onda ölkənin idarəsini bizə niyə tapşırmırsınız?

Ana bütün bunları çənəsinin altını kəsmiş mazafakerə deyə bilmir. Ananın dili söz tutmur. Ürəyi parçalanıb. Bir-iki həftədən sonra Zakir Həsənoz əkiz qardaşın hərəsinə ölümündən sonra üçüncü dərəcəli dəmir medal verəcək…

Görəsən Zakir Həsənovun ailəsi, uşağı varmı ya o da mənim kimi yetim və ailəsizdir? «Şəhidlik zirvəsi» Zakir Həsənov və onun kimi generalların ağzının içindədir, ancaq nədənsə öz uşaqlarını ora dırmaşdırmırlar…

Birinci Qarabağ müharibəsində neçə min soydaşımız ölüb? Onlardan neçəsinin adını bilirk? Onlar niyə öldülər və hardadırlar?

Düşmən gülləsindən, mina partlayışından, artilleriya atəşindən ölmüş əsgərin bir yeri var: anasının, atasının, başqa yaxınlarının ürəyi.

“Şəhidlik zirvəsi”ni isə xalqı hipnoz eləmək, oğul itirdiklərini nə nəyə gğrə itirdiklərini düşünməməsi üçün yuxuya vermək alətidir.

Mazafakerlərin qurdu ulayır. Beləcə bir vaxtlar döyüş meydanına gecələr, pauza vaxtı, ölüsoyanlar çıxırdılar. Hüqonun “Səfillər”ində bunun təsviri var…

Allah eləsin ki, xalqın fikri gec-tez erməni işğalından yayınıb bu mazafakerlərə yönəlsin. Mazafakerlər milləti biabır eləyiblər, ölkəni batırıb-bulayıblar…

Əkiz oğulların ikisini birdən itirmiş anaların ahı onların belini qırsın…

Mirzə ƏLİL

18.11. 2020, Samara