
Rövşən Rüstəm oğlu Rüstəmov. Mətbuatda verilən məlumata görə, general tərlan bəy Əliyarbəyovun nəticəsidir. Rövşən Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!
Böyük istedadla doğulmuş, ilk gəncliyində qüdrətli şeirlər yazmış Cəfər Cabbarlı, təəssüf ki, bolşeviklərin felinə düşmüş, sol ekstremistə çevrilmişdir. Bu, sovet mövzusunda yazdığı pyeslərdə, o cümlədən “Almaz”da yaxşı görünür. Ancq bu əsrələrdə də kompozosiya, dil, dialoq məziyyətləri var. Bir vaxtlar, “Almaz”ın teatrlarda daim oynanıldığıı və teleiziya ilə göstərildiyi günlərdə, bu pyesdəki “Ocaqqulunun axsaq qatırı kimi ifadəsi” xalq dilinə keçmişdi. Dramda müxtəlif personajlar bu ifadə ilə Kərbalayı Ocaquluya sataşır, Ocaqqulunu cin atına mindirirdilər. «Qatırı axsaq olanın atasına lənət, cədd-əqrəbasına lənət, sonra da yalan deyənə!” – Ocaqqulu deyiridi.
Xalq cəbhəsi və Müsavat, onların bir ildən az çəkən idarəçiliyi də İlham Əliyev üçün Ocaqqulunun axsaq qatırına çevrilib, yeri gəldi-gəlmədi, bütün olan və olmayan günahları cəbhəçilərin boynuna yıxır. Ümid var idi ki, “vətən mühairbəsi”ndən sonra prezident özünü ələ alar, cəbhəçiləri təhqirdən çəkinər, çünki şəhidlər arasında Xalq Cəbhəsinin, Müsavatın da üzvləri var.
Yox, prezident özünü ələ almır, çəkinmir. Yenə Ocaqqulunun axsaq qatırı…
Yenə cəbhə-müsavat cütlüyü Qarabağı satıb…
Bəs Surət Hüseynovla çaşqa-loşqalıq eləyən kim idi? Əlikramı kim fitvaladı?
Rayonların çoxu kimin vaxtında getdi?
İlham Əliyevdə Azərbaycanın azad fikirli vətəndaşlarına nifrət erməniyə nifrətdən güclüdür. Buna mənim şübhəm yoxdur. Bu, ağır təəssüf doğuran faktdır və Azərbaycan xalqının ən azağı yaxın illərdəki həyatına bu faktın çox ciddi təsiri olacaq…
“Ocaqqulunun axsaq qatırı…”
“Qatırı axsaq olanın…”
İlham Əliyev əyninə marşal paltarı geyib, elə bilir ki, “Bayraktar”dır…
Yox, a kişi, sən “Bayraktar” deyilsən…
Özünü ələ al…
Mirzə ƏLİL
17. 11. 200, Samara
Для отправки комментария необходимо войти на сайт.