Daily Archives: 15.11.2020

ŞƏHİDLƏRİMİZ: SALYANLI ANAR VƏLİZADƏ

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI ANAR VƏLİZADƏ

anar

Salyan rayonunun  Cəngən kəndindən Vəlizadə Anar Afət oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

Реклама

ƏLİYEV PAŞİNYANA: DOLMA İŞİNƏ İNDİ PUTİN BAXIR…

Стандартный

dolma paş

PAŞİNYAN: Allo! İlham məllim, mən çox üzr istəyirəm ki, sizi narahat edirəm…

ƏLİYEV: Mən sənin üzrünü qəbul edə də bilərəm, etməyə də bilərəm, çünki mən təzə format yaratmışam. Nida işarəsi!

PAŞİNYAN: Əlbəttə, İlham məllimi, min faiz haqlısınız. Sizdən bir xahişimiz var. Kəlbəcərdən çıxmağa bizə bir az möhlət verin. Çatdırmırıq…

ƏLİYEV: Evləri yandırıb qurtara bilmirsiniz? Mən sizə benzin verərəm.

PAŞİBYAN: İlham məllim, siz bizə benzini necə verərsiniz? Siz hələ Kəlbəcərə girməmisiniz? Benzini yoldaş Muradov kirvədən alırıq, benzin çoxdur. Biz istəyirik ki, elə burda ikən sizin doğum gününüzü qeyd edək. Bu, mənim xalqımın arzusudur.

ƏLİYEV: Mənim doğum günümü öz xalqım qeyd edəcək. 60 metrlik tort hazırlanır.Yumurta tədarükünü artıq zəfərlə başa çatdırmışıq…

PAŞİNYAN: Çox gözəl. Biz də istəyirik bir ton dolma bişirib 60 metrlik ipə düzək.

ƏLİYEV: Mənə erməni dolması lazım deyil. Nida işarəsi!

PAŞİNYAN: İlham məllim, biz üeməni dolması bişirməyəcəyik, biz Azərbaycan dolması bişirəcəyik. Vallah, o qədər dadlı olacaq ki, dörd-beşini yeyəndən sonra özünüz ermənilərdən xahiş edəcəksiniz ki, ermənilər Kəlbəcərdən getməsinlər…

ƏLİYEV: Mən gərək bunu müzakirə edəm…

PAŞİNYAN: Mehriban xanımla? O etiraz eləməz…

ƏLİYEV: Yox, Mehriban xanımla yox… Vladimir Vladimiroviçlə. Dolma işinə indi Putin baxır…

Mirzə ƏLİL

15. 11. 2020, Samara

ŞƏHİDLƏRİMİZ: AĞSTAFALI SÜBHAN KƏRİMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: AĞSTAFALI SÜBHAN KƏRİMOV

Sübhan Kərimov

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən Sübhan Kərimov. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən dğöyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!