
Mingəçevir şəhər 17 saylı orta məktəbin məzunu Ülvi Həsənov. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!
Bu, Mənsum İbrahimovdur. Baxın bunun irişməyinə, ənlik-kirşanına. «Gecə xanımları»na bənzəyir?
Ömrü boyu ənlik-kirşan yaxıb irişə-irişə “aman-aman” deməklə pul qazanır. Hərbdən, savaşdan uzaqdır, ancaq bilir ki, Milli Qəhrəman adını kimə vermək lazımdır. Təklifini verib. Onun təklifini Qafqaz.info “fikir” adlandırır. Yəni fikrini deyib.
A kişi, nə fikir? Bu adamda ənlik-kirşan görünür, irişməyi bilinir, ancaq fikir görünmür. Bu adam haçan əlinə kitab alıb oxuyub ki, fikri də ola? Bu insanda ancaq feflekslər və instinktlər ola bilər. Və vaxtında duyar ki, kimin harasına girmək lazımdır, kimin dalını, kimin qabağını yalamaq lazımdır…
Belə şərəfsizlərin gərək hərəsinə bir əsgər təhkim edəsən, avtomatı söykəyələr bunların ağzına, qoymayalar sarsaqlamağa…
Mirzə Əlil
14. 11. 2020, Samara
AzTV Ağdamın Çulu kəndində anadan olub eyni gündə döyüşlərdə həlak olan əkiz Nazir və Tacir Allahverdiyev qardaşlarından reportaj hazırlayıb. Reportaj müəllifi deyir: “Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar”.
Vallah, dayana bilmirsən, demək istəyirsən ki, ay heyvan oğlu heyvan, bəs sən özün niyə o zirvələrdən birini alıb ucalmırdın ki, o əkiz qardaşlardan biri sağ qala?
Niyə dövlətdən yüzlərlə havayı mənzil alan jurnalistlərin biri o zirvəyə yüksəlmədi?
Sən heyvansan, sənin atan, anan da heyvandırlar ki, sənin kimi şərəfsiz insanı böyüdüblər. Döyüşlər müvəqqəti də olsa, bitib, indi insanların dərdini bayağı şouya, lağlağıya çevirən lotular ortaya çıxıblar. Qədm döyüşlərdən sonra meydana ölüsoyanların çıxdığı kimi…
Mİrzə Əlil
14. 11. 2020, Samara
Milli Məclis “böyük zəfər qazanmış” Ali baş komandana və xalqa müraciət edir.
Sual: döyüşlər gedəndə bu deputatlar harda olublar? Niyə minlərlə şəhidin içində bunların övladı, yaxını yoxdur? Bunların nəinki kiməsə müraciət etməyə, hətta danışmağa haqqı varmı?
Azərbaycanda hamı bilir ki, Milli Məclis parlament deyil, qondarma qurumdur, çünki Milli Məclisdə illərlə altını qızdıran və altını dolduran boynuyoğun, harın kişilərin və yüksəlişi hansı boynuyoğununsa altına yıxılmaqdan başlamış arvadların heç birinə mandatı xalq verməyib. Özünü müstəqil deputat sayan yeganə deputat Erkin Qadirlini də Milli Məclisə prezidentin icazəsiylə buraxıblar. Sabah özünü “müstəqil” aparsa, onu it kimi qovarlar.
Bu adamlar nəinki utanmırlar, bu adamlar xalqdan qorxmurlar da. Axı bir neçə min şəhidin on minlərlə yaxını var. Xalq bütövlükdə onların haqqını tələb elıəməsə də, öz yaxınları övladlarının nədən və kimdən ötrü öldüklərini soruşmalıdırlar. “Vətən uğrunda” cavabı kafi deyil. Əgər fəhıə-kəndi uşaqları vətən uğrunda ölürdülərsə, niyə həmin vətənin uğrunda ölkə xəzinəsini ata malı kimi yeyən, üstəlik Azərbaycanın bütün rayonlarında ən münbit əraziləri tutan, qanunsuz biznes qayıran deputatların övladları, yaxınları niyə ölmürdülər?
Niyə Azərbaycanda nəinki hakimiyyəti həmişəlik etmiş, üstəlik onun bütün sərvətlərinə sahib olmuş ailələrdən bir zabit belə çıxmır? Fikir verin, şəhid olmuş zabitlərin hamısı kənd rayonlarından, sadə ailələrdəndir. Bəzi şəhid ailələrini evləri başlarına uçur.
Niyə şəhidlərin içində Kəmaləddin Heydərov, Məhərrrəm Əliyev, Vaqiv Axundov, Bəylər Əyyubov kimi əldəqayırma generalların yaxınları yoxdur? Bəs nazirlərin, icra başçılarının övladları, yaxınları?
Bu “zəfər” sizə haram olsun! Qan qusasınız! Balaları şəhid olmuş anaların ahı sizi tutsun, cəhənnəmdə nəsilliklə yanasınız!
Müharibənin lk günlərində mənə Salyanın Xocalı kəndindən şəhid Elmir Məmmədovun şəklini göndərdilər. Neft akademiyasınin məzunu. Üç ayın əsgəri olub. Basıblar güllənin qabağına, minalı səhədən yürüdüblər…
Xocalı ilə mənim kəndimin arasında Kür axır. Elmirin üzü mənə tanış gəlirdi. Sonra öyrəndim ki, aşağı siniflərdə şagirdim olmuş Nərgizin oğludur.
Nərgizi son dəfə 5-ci sinifdə oxuyanda görmüşəm. İndi də uşaq kimi gözümün qabağındadır – sarışın, sakit, mərifətli, utancaq, çalışqan qız… İndi oğlunun faciəsini yaşayır – bunu təsəvvür eləmək də ağırdır…
“Boyun bəlasın alım, sərv tək yıxılma, oğul…”
Bunu, səhv etmirəmsə, Natəvan oğlunun ölümünə yazıb…
Şəhidlik zirvəsi…
Bu ifadəni oxuyanda ya eşidəndə az qalırsan başını çırpasan qapının tininə. Nə zirvə? Yetimxanada böyümüş uşağı basırlar güllənin qabağına, və bu yetimi, harda oldğunu başa düşməmiş, ya mərmi ya mina qəlpəsi öldürür. Burda nə zirvə…
Bəli, insanlar vətən uğrunda ölürlər. İnsanlar yaşadığı torpağı müdafiə etməlidirlər. Ancaq biz hansı zirvədən danışırıq? Belə bir “zirvə” varsa, niyə oraya yalnız fəhlə-kəndlilərin uşaqlarını qaldırırlar?
Zirvədən danışmazdan qabaq gərək ölkədə yuxarı ilə aşağlının yerlərini bilək. Ölkədə yuxarı nə varsa – məhkəmə, parlament, mətbuat – hamısını şərəfsiz insanlar tutublar. Mənim şagirdim Nərgiz kimi anaların oğulları ölürlər ki, onların sərvəti artsın, övladları xarici ölkələrin paytaxtlarında, kurortlarında keflərindən qalmasınlar, qollarına dəyəri milyon dollar olan saat taxa bilsinlər…
Rövnəq Abdullayevun oğlu hardadır? Məşuqəsinin yeri məlumdur – Milli Məclisdə oturub.
Milli Şərəfsizlər Məclisi millətə müraciət edir…
Millət isə, Puşkinin bir əsərində deyildiyi kimi, “laldinməz durur”…
X.X.
14. 11. 2020, Samara
Qarabağda indi baş verənləri öyrəndikcə görürsən ki, müharibənin nəticəsi nə qələbədir, nə də sülhdür. Bu, haçansa başlanacaq yeni müharibə ərəfəsində ermənilər üçün zəruri pauzadır, nəfəsdərmədir. Qarabağın paytaxtında ləzgi general və rus qoşunu, ermənilər Stepanakertə qayıdır və revanşdan danışırlar. Dünən deyirdilər ki, Ermənistanla təzə yol Şuşadan keçməyəcək, bu gün deyirlər ki, Şuşadan keçəcək. İndi şəhid olmuş, ağır yaralar və zədələr almış əsgərlərin övladlarının və yaxınlarının yeni müharibənin iştirakçılarına və qurbanlarına çevriləcəyi ehtimalı böyükdür.
Fəhlə-kəndli ordusunun ağır məşəqqətlər və və fövqəladə şücaətlər hesabına və Türkiyənin böyük yardımıyla qazandığı qələbəni Ali Baş Tvitkom …poxa döndərdi…
Uzun illər ərzində Azərbaycanı dünyanın ən korrupsioner ölkələrindən birinə çevirmiş, əhalini ofisiantlarla, mal-qoyun oğrularıyla idarə edən adamdan ayrı nə gözləmək olardı?
Mirzə Əlil
14. 11. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.