Daily Archives: 13.11.2020

ŞƏHİDLƏRİMİZ: NEFTÇALALI ŞAHLAR MƏMMƏDOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: NEFTÇALALI ŞAHLAR MƏMMƏDOV

Şahin_Məmmədov

Neftçala rayonu Ərəbqardaşbəyli kəndindən  Məmmədov Şahlar
Şahin oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

Реклама

QARABAĞIN AÇARI LƏZGİ GENERALDA — PUTİNİN SEÇİMİ TƏSADÜFİDİRMİ?

Стандартный

İlham Əliyev 3

Əgər sənə aclıq üz veribsə, bir həftə ağzına bir tikə də almamısansa, birdən qarşına çıxıb sənə tanış təbəssümüylə yağlı kökə uzadan Putinə “çox sağ ol” de, ancaq kökəni alma. İstisna etmək olmaz ki, kökənin içinə bir ilxı atı öldürə biləcək bir damcı “Noviçok” hopdurulub.

Azərbaycan Rusiya üçün bəlkə də ideal qonşudur. Rusiyanın öz ərazisi Dağıstan onun üçün baş və qarın ağrısıdır. Çünki Dağıstana Kreml milyardlar xərcləsə də, onun heç kiçik auluna da tam nəzarət edə bilmir. Və auldakıların da ruslara, Rusiyaya loyallığı ciddi şübhə altındadır. Ərazilərə, sərhədlərə nəzarət və sabitlik baxımından Azərbaycan Avropa ölkələrindən pis deyil. Ancaq Rusiya üçün yaxşı olan hər şey Putin üçün yaxşı deyil. Putin təpədən dırnağadək komplekslərlə yoluxmuş insandır, Berezovski onu “zakompleksovannoye çmo” adlandırıb. Putin Sovet İttifaqından çıxmış ölkələri müstəqil dövlət saymır və bu, Rusiyanın nəticə etibarı ilə ziyanına da olsa, müstəqillik göstərən qonşuları sarsıtmaq üçün hər cür vasitədən və fürsətdən istifadə edir.

General Rüstəm Muradov milliyətcə tabasarandır. Əslində ona ləzgi də demək olar. Etniklik baxımından ləzgilərlə tabasaranlar arasında fərq yox kimidir.

Niyə Putin ləzgi generalını Qarabağa komendant təyin edir?

İlham Əliyev yumruğunu yelləyə-yelləyə Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunduğunu elan etsə də, Lavrov və Peskov ayrı fikirdədirlər. Onlar deyirlər ki, türk Azərbaycana girə bilər, Qarabağa yox.

Niyə ləzgi general başının dəstəsiylə Qarabağa girir, 1918-ci ildə, məsələn, Salyan camaatını erməni qırğınından qurtarmış türl Qarabağa girə bilmir? Niyə Ermənistanla bir hərbi blokda olan Rusiyanın qoşunu bizim “müzəffər ordumuzu” qabaqlayıb Xankəndiyə girdi?

Məni genaralın ləzgiliyi çox maraqlandırır.

Rusiyada ləzgi avtonomiyasını sədri Arif Kərimov mənim tələbə yoldaşım olub. İndi qardaşı Vaqif Kərimovla birlikdə Yerevanın müntəzəm qonağıdırlar. İddia edirlər ki, Azərbaycan adlı dövlət yer üzündə olmamalıdır, azərbaycanlı milləti yoxdur və s.

Rusdilli forumlarda azərbaycanlıların ünvanına ən ağır təhqirləri ermənilərdən çox ləzgilər və talışlar yağdırırlar.

Azərbaycan ləzgilərinin əksəriyyəti Rusiya sərhədini keçən kimi Azərbaycan dilini bildiyini gizlədir. Əksəriyyətin əksəriyyəti erməni təşkilatlarının, rus xüsusi xidmət orqanlarını ağuşua düşür. Azərbaycanlıya nifrət onları həyat prinsipinə çevrilir. Guya onları dövlət, mədəniyyət, tarix yaratmağa azərbaycanlıılar qoymurlar.

Onlar inadla Dərbəd azərbaycanlılarını “gəlmə” adlandırırlar. İndi baxaq görək kim gəlmədir.

1886-cı ildə Rusiyada aparılmış  əhali siyahısında ləzgi yoxdur, yəni şəhərdə ləzgi olmayıb. Həmin siyahıya görə şəhərdə azərbaycanlıların sayı 1169 nəfər olub. 1897-ci ildə Dərbənddə 133 nəfər ləzgi olub. Yəni ümumi sayın 0,9 faizi. Azərbaycanlıların sayı – 9767 nəfər ki, bu da 66,7 faiz təşkil edir. Ləzgilərin sayı mini 20-ci illərin axırına yaxın keçib. Dağ rayonlarından ləzgilər Dərbəndə köçürülüblər. Buna baxmayaraq sovetin axırınacan sayca azərbaycanlılarda böyük üstünlük olub. 1989-cu ilin siyahiyaalınmasına görə şəhərdə 21 600 azərbaycanlı, 16 700 ləzfgi olub. Sovet dağılan kimi şəhərin sürətli ləzgiləşməsi və tabasaranlaşması başlayıb. 2010-cu ilin məlumatına görə ləzgilərin sayı azərbaycanlıların sayını keçib. Tabasaranlılarla birlikdə ləzgilər mütləq üstünlük təşkil edirlər.

Şübhə yoxdur ki, ləzgilər demoqrafiq sitüasiyanı dəyişmək üçün əldən-ayaqdan gedirlər, və azərbaycanlılar müqavimət göstərməsələr, yaxın onillkidə başıqapazlı azlığa çevriləcəklər. İndinin özündə, zənnimcə, Dərbənd azərbaycanlıları özlərini qıpıq aparır, öz milli identiklərini qabartmamağa çalışırlar.

Ləzgilərin beyni öz keçmişləri haqqında miflərlə doludur. Ancaq azərbaycanlıların yaratdıqları Qarabağ xanlığını, Bakı xanlığını, Şirvan mədəniyyətini, böyük ədəbiyyatı  onlar yaratmayıblar, Vaqif və Cəlil Məmmədquluzədə kimi milli dühaları da yoxdur. Azərbaycanlılara dövləti və dövlətçiliyi bağışlamayıblar. Bu, hədiyyə olsaydı, ləzgilər öz zirəklikləri ilə hamıdan qabaq qapardılar. İndi bizə “çeburbaydjantsı” deməklə ləzgilər özlərini yüksəlmiş sayırlarsa, dünyada onlardan idiot millət yoxdur.

Mən bilirəm ki, Azərbaycanı məndən artıq sevən, azərbaycanlılara hörmətlə və hətta məhəbbətlə yanaşan ləzgilər çoxdur, ləzgilər Azərbaycan ordusunda şir kimi vuruşurlar. Söhbət əsasən Rusiya ləzgilərindən və sərhədi keçən kimi erməni yoldaşların və rus çekistlərinin nəzarəti altına düşüb Azərbaycanın düşməninə çevrilənlərdən gedir. Rusiya birincu Qarabağ müharibəsi vaxtı ləzgiləri səfərbər vəziyyətdə saxlayırdı. Ləzgilərin separatçı təşkilatları dövlət maliyyəsi alır, mətbuatda sərbəst çıxış edir, Azərbaycan sərhədində mitinqlər, nümayişlər keçirirdilər.Sonralar Kremldə ləzgilərin dalınca Dağıstandakı 40-50 etnik qrupun dövlət yaratmaq iddiasına düşəcəyindən ehtiyat edib Kərmiv kimilərin xaltasını çəkdilər.

Putin idarəsi Azərbaycana qarşı olanların təşkil və təliminə bir gün də ara vermir.Pandemiyanın quduz vaxtı, Azərbaycanda müharibə gedə-gedə Moskvada talış qurultayının keçirilməyi təsadüfidirmi?Buna FSB-dən başqa kim icazə verə bilərdi?  İsmayıl Şabanov “qurultayda” demirdi ki, Moskvada talış teatrı yaradacaq, talış kitabları buraxacaq, rəqs ansamlı təşkil edəcək – bu, doğrudan da mədəni avtonomiya olardı. İsmayıl Şabanov elan etdi ki, talış dövləti yaradılır və girir Rusiyanın tərkibinə.

Pravda.ru-ya veridyi müsahibədə Şabanov deyir ki, türklər Rusiyanın düşmənidirlər, Rusiyanı, birinci növbədə Talışıstanı türk elementindən təmizləmək lazımdır.

Aparıcının gözləri kəlləsinə çıxmışdı…

Rusiyada başqırdları, tatarları “seperatçılıq” ittihamı ilə mühakimə edir, 15, 17, 19 il türmə kəsirlər. Azərbaycanın varlığını inkar edənlər, etmik təmizləmələrə çağıranlar Rusiya mətbuatında həmişə istəkli qonaqdırlar. İsmayıl Şabanov Putinin yanında ictimai şuranın üzvüdür.

Arif Kərimov da.

Biz Putinə etibar edə biləriikmi? Yox!

Biz ləzgi generalına etibar edə bilərikmi?

Yox!

Mən Ərdoğanı sevmirəm. Ancaq bilirəm ki, 1918-ci ildə ermənilər qonşu Cəngən kəndinin arvad-uşağını qırıblar. Bizim kəndimizi türklərin gəlməyi xilas edib.

Ləzgi generalın ailəsi Dərbəndə Tabasaran kəndindən köçüb. Yəni Dərbənddən azərbaycanlıların sıxışdırılmasında dolayısıyla iştirakı var.

Suriyadakı fəaliyyəti də general haqqqında yaxşı düşünməyə imkan vermir. Beynəlxalq təşkilatlar dönə-dönə Rusiyanı Suriyada xəstəxanaları, məktəbləri yaşayış evlərini bombalamaqda, kimyəvi siilah tətbiq etməkdə günahlandırıb.

Əlbəttə, Putinin seçimi təsadüfi deyil. Xankəndidə ləzgi general…

Müharibə təzə başlananda ermənilərin qan qardaşı Vaqif Kərimov hansısa rus kanalına böyük müsahibə vermişdi. Deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın olmayacaq…

Nə qədər ki, Xankəndi ləzgi generalındadır, Vaqif Kərimovun haqlı olduğunu etiraf etmək lazımdır…

X.X.

13.11. 2020, Samara

Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə ŞƏHİD OLDU

Стандартный

Rövşən Nurzadə

Respublikanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Əli Nurun oğlu şəhid olub.

Modern.az xəbər verir ki, bu barədə aktyorun sənət yoldaşları bildiriblər.

Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü ,Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin..

https://hit.az/az/olke/211153/xalq-artistinin-olu-susa-urunda-dyuslerde-sehid-oldu/?utm_source=qafqazinfo.az&utm_campaign=qafqazinfo.az&utm_medium=referral&utm_term=qafqazinfo.az&utm_content=qafqazinfo.az