Daily Archives: 10.11.2020

ŞƏHİDLƏRİMİZ: LƏNKƏRANLI VÜSAL HÜSEYNOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: LƏNKƏRANLI VÜSAL HÜSEYNOV

VÜSAL Hüseynov

Lənkəran rayonunun  Velədi kəndindən Vüsal Hüseynov. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlədə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: LƏNKƏRANLI MİRXƏYAL KƏRİMZADƏ

Стандартный
ŞƏHİDLƏRİMİZ: LƏNKƏRANLI MİRXƏYAL KƏRİMZADƏ

MİRXƏYAL

Mirxəyal Kərimzadə, Lənkəran şəhəri. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

QARABAĞ ÜÇÜN «CƏNUBİ OSETİYA-2» SSENARİSİ

Стандартный

İlham Əliyev 3

Rusiyanın “sülhməramlıları”nın Qarabağa gəlməsində təhlükə görməyənlər Cənubi Osetiyanın Gürcüstandan ayrılması və 2008-ci ildə Rusiyanın fitnə və təhrilkiyilə başlanan müharibədən sonra Kreml tərəfindən müstəqil dövlət kimi tanınması yadlarına salsınlar. Rus qoşunu prinsip etibarı ilə “sülhməramlı” ola bilməz. Putinin planı sülh yox, erməni xilas edib dirçəltnək, Azərbaycanı öz nəzarətində saxlamaqdır. Qarabağda xeyli əraziyə nəzarəti qaytaran Azərbaycan bütövlükdə öz suverenliyinin xeyli hissəsini itirir.

Bundan sonra Qarabağda qalan ermənilərin müasir silahlarla müntəzəm və sistemli təchizinə heç bir maneə yoxdur. Rus kontingentini təchiz bəhanəsiylə ermənilərə lazım olan nə varsa, veriləcək. Sitüasiya yetişəndə, təxribat törətmək çətin deyil. Ermənilər özləri beş-altı rusu öldürüb azərbaycanlıları ittiham edərlər. (Bir neçə aydan sonra rus kontingentinin yarıdan çoxunu etnik ermənilər təşkil edə bilərlər və bu da 366-cı alayın kabusunu yenidn Qarabağ üzərinə qaytarır). Rusiya isə öz “məramlıları”nı qorumaq bəhanəsiylə hərbi əməliyyat başlayıb Azərbaycanı geri oturdar və hətta “Artsaxı” tanıyar da. Ümumiyyətlə, təxribat və fitnəni bundan sonra hər gün gözləmək olar. Hələ 2000-ci ildə Rusiya Gürcüstana viza rejimi tətbiq edir, abxazlar və osetinlər üçün isə vizasız gediş-gəlişi saxlayır. “Sülhməramlıların” Cənubi Osetiyada olduğu müddətdə osetin bandaları ruslar tərəfindən fəal silahlandırılırdılar və bu da Saakaşvilinin narazılıq və etirazlarına səbəb olurdu və nəhayət, Kreml Gürcüstan prezidentini özündən çıxara və qeyr-bərabər döyüşlərə cəlb edə bildi.

Rus “sülhməramlı” ola bilməz, o, gəldiyi yerdən getmir. 20 yanvar 1990-cu il gülləbaranından sonra rus əsgərinin hər hansı statusla Azərbaycana qayıtması on minlərlə şəhidimizin xatirəsinə ağır təhqirdir və dövlətimizi müstəqi inkişaf perspektivlərindən mərhum edir. Rusiya «sülhməramlısını» yeritdiyi ərazini həmişəlik zəbt edir.  Pridnestrovyaya baxın. Abxaziyaya baxın. Əslində ermənilər üçün Qarabağda ən azı iki-üç dövlət tərəfindən tanınan qurum yaratmaq üçün ən əlverişli vəziyyət yaranır. Yəqin ki, onlar fürsəti əldən verməyəcəklər.

X.X.

10.11. 2020, Samara

«BUNU MƏN ELƏMİŞƏM! MƏN 366-CI ALAYI QARABAĞA QAYTARMIŞAM!»

Стандартный
«BUNU MƏN ELƏMİŞƏM! MƏN 366-CI ALAYI QARABAĞA QAYTARMIŞAM!»

Ali Baş Komandan: «Bunu mən elədim! Mən 366-cı Rusiya alayını Qarabağa qaytardım! Mən xalqımın yanındayam, rus əsgəri də mənim yanımda!»

Верховный главнокомандуюущий: «Я это сделал! Я вернул 366-й полк в Карабах! Я вам обещаю Ходжалы-2!»