«TALYSH MEDİA» YENƏ PAYASINI İTİLƏYİR ŞORSULUYA SANCMAĞA

Стандартный
«TALYSH MEDİA» YENƏ PAYASINI İTİLƏYİR ŞORSULUYA SANCMAĞA

Mənimlə dostluqda olan Lerik Əsilli Ramiz Hüseynov Facebook-da bir video paylaşıb. Videonun açıq-aşkar fitnəkarlıq niyyətiylə yerləşdiyini görüb mənbəni axtardım və Talysh Media səhifəsinə çıxdım. Səhifənin materiallarına baxanda gözüm kəlləmə çıxdı. Görün Məmmədəmin Rəsulzadədən nə yazırlar:

 «Talysh Media находится в городе Астара (Азербайджан).

28 октября ·

  1. Rəsulzadə ⚔️H. Aslanov

Hitlerin tərəfində döyüşən Rəsulzadənin yetimçələri 😁 Kim bilmirsə bilsin ki Rəsulzadə Böyük Vətən Muharibəsində Hitlerə dəstək verdi və müxtəlif mənbələrə əsasən xalqımıza qarşı Hitlerin tərəfində döyüşən «Azərbaycan Legionunun» tərkibində 40-70 min arası azərbaycanlı olub. O zaman Hitlerin açıq aşkar bəyan etdigi əsas hədəflərindən biri olaraq Bakinın işqalı olub.

Birdə bunu başa düşmək lazımdır ki bu insanlar bizim ata babalarımıza qarşı döyüşüb, o cümlədəndə 2 dəfə Sovet İttifaqı general-mayor Həzi Aslanova qarşı».

Bu posta əyninə hitlerçi əsgərin forması geydirilmiş “azərbaycanlı əsgərin” şəkli də əlavə olunub.

гитлер

«hitlerçi Azərbaycan əsgəri». Talysh media səhifəsindən

Səhifədə guya Suriya muzdlularının Azərbaycan tərəfində vuruşduğunu “sübt” edən feyk video yerləşdirilib. Videonu, əlbəttə, ermənilər hazırlayıblar. Bir postun altında ermni şərhi:

Дав Артенян 🇦🇲Лезгины, таты, талыши и авары, славные кавказские народы,
Не жертвуйте своими сыновьями ради Азербайджана, это не ваша война!”

Talysh media səhfəsi az qala hər gün Azərbaycan dövlətinə, azərbaycanlılara nifrətlə dolu materiallar yaylr, təəssüf ki, geolokasiyaya görə  səhifənin Astaradan ya Lənkərəndan idarə olunmağına baxmayaraq, Azərbaycanın xüsusi xidmət orqanları qımıldanmırlar. 1993-cü il yaddan çıxıb? Əlikram payasını Salyanın Şorsulu kəndinə sancmış və Salyanın da bir hissəsini, Biləsüvarı, Masallını düz Lənkərənacan “Talış-Muğan” dövlətinə daxil eləmişdi.

Bu səhifə hər dəfə etnik talış cəbhəə həlak olan kimi, haray salır ki, talışları qırırlar. Orduda, əlbəttə, ayrı-seçkilik var, bu, ciddi məsələdir. Ancaq bu, sosial tipli ayrı-seçkilikdir, milli ayrl-seçkilik yox. Yəni hamıya aydındır ki, döyüş cəbhəsindəkilərin əksəriyyəti fəhlə-kəndli uşaqlarıdır. Ancaq salyanlılar da, tərtərlilər də, şamaxılılar da, qubalılar da talışlar qədər və bəlkə daha artıq ölürlər.

On minlərlə talış Bakıda, Sumqaytda, Bakı, Sumqayır qəsəbələrində yaşayırlar. Heç bir diskriminasiya görmədən yaşayırlar. Bu halda orduya xidməti necə zorakılıq və ədalətsiz saymaq olar.

Neftçala yaronunun Aşağı Surra kəndinə 80—ci illərin soundan yüzlərlə talış Lerikdən köçüb. İndi sayları mini keçər. Onlara qarşı heç bir ayrı-seçkilik yoxdur. Belə halda onlar niyə yerli gənclərlə bərabər orduda xidmət etməli deyillər?

Talış radikal, separatçı talışın öz məntiqi var. Millətçi talış əvvəlcə Salyanı, Bakını, Sumqayıtı talış torpağı elan edir, sonra deyir ki, öz torpağımızda yaşayırıq. Nardaran hadisələri vaxtı Fəxrəddinlə İsmayıl Şabanov Nardaranı da «talış torpağı» elan eləmişdilər və iddia edirdilər ki, hökumət bu talış kəndinə kürdləri köçürür… İsmayıl Şabanovla Fəxrəddin Abbsovun çəkdiyi xəritəni görmsünüz? Orda Azərbaycan elə bölünüb ki, azərbaycanlılara yer qalmayıb. Fəxrəddin Abbasov deyirdi ki, azərbaycanlar yer üzündə olmamalıdırlar.

карта

Fəxrəddin Abbasovla İsmayıl Şabanovun xəritəsi. Azərbaycan yoxdur…

Bu günlərdə Rusiyada federal talış avtonomiyasının yaradılması təsadüfüdürmü? FSB-nin razılığı və ermənilərin fəal iştirakı olmadan bu mümkündürmü? Ermənilərin öz nümayəndəsi videoda görünmür, ancaq onların oğraş yeznəsi Ağadadaş Kərimov hörmətli qonaqlar sırasındadır…

1993-cü ildə Əlikram Hümmətovun böyük bir ordu bölməsini cəbhədən çıxarmağı, dövlət elan eləməyi, bir tərəfdən Surət Hüseynovun qiyamı Azərbauycanı rayonlarının işğalını tezləşdirdi, minlərlə insanın məhvinə səbəb oldu. Əlikramı dəstəkləmiş talışlar bunu gərək yaddan çıxarmayalar, çünki vicdanları təmiz deyil, günaları var.

Azərbaycan dövlətində talışların mədəni tələbləri, əlbətttə, tam ödənilmir. Bunu həll etmək lazımdır. Bu haqq işində mən talışların tərəfindəyəm. Ancaq talışlar Azərbycanın tərkibində elliklə savadlı millətə çevriliblər. Universitetli, akademiyalı, filarmoniyalı bu dövləti azərbaycanlılar qurublar, bunu yaddan çıxarmayın!

Vəziyyətin mürəkkəbliyinə ümid bağlayıb yenə paya itiləyib Şorsuluya sancmağa hazırlaşanlar talışlara ancaq ziyan gətirəcəklər. Ermənilərin yerişini yerimək istəyirsiniz? Baxın görün ermənilər indidən necə sürünürlər… Olanınızı da itirərsiniz, yurdlarınız da xaraba qoyarsınız!

Bütün şəhidlərə Allah rəhmət eləsin!

Talysh medianı yayanları tezliklə Azərbaycan türməsində görmək arzusu ilə

Mirzə ƏLİL

04. 11. 2020, Samara

P.S. Yeri gəlmişkən, bu səhifəni mənimlə dostluqda olan dörd nəfər bəyənir. Üçünü heç tanımıram, birini, Azər Bədəlovu, dolayısı ilə tanıyıram. Əvvvəllər Samarada yaşayıb, sonra Masallıya qayıdıb.

Mirali Mamedov

Азер Бадалов

Mezo Mamedzade

Обсуждение закрыто.