ŞƏHİDLƏRİMİZ: ELVİN İSLAMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: ELVİN İSLAMOV

Elvin İslamov

İslamov Elvin Elçin oğlu. Qarabağda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

=====================================

P.S. Elvinin ölümü barədə məlumat verən FB istifadəçisi Илькин Акберов yazır:

Salam her vaxtiniz xeyir. Deməli belə bir mövzü var, istərdim işığlandırasız içimizdəki erməni şərəfsizlərini. 29.10.2020 dostumuz, məhlə uşağımız şəhid gəldi Yasamal rayonuna. Şəhid İslamov Elvin Elçin oğlu. Həmin günün axşamı anasının halı pistləşdi və Təcili Tibbi Yardım çağırdıq. Avtomobillərin hamısının məşğul olmağı səbəbiylə 2-3saat gözlədikdən sonra özəl klinikadan. “Mərkəzi Klinika”dan çağırdığ. Telfonu götürən operatora vəziyyəti başa saldığ. Nə bir baş sağlığı verdi, nə bir Allah rəhmət eləsin dedi. İlk sözü o oldu ki, bilirsizdə bizdə ödənişlidi 100azn-di. İstiyirsiz göndərək. Göndərdilər vaxtında gəldi qapıda şəhidin şəklində gördülər yenədə baş sağlığı vermədən ilk sözləri ödənişi kim eliyəcək oldu. Bizim imkanımız oldu verdik. Bir otağda 5nəfər qalan şəhid ailəsi ölməlididə onda 100azn skoruya verməyə pulu yoxdursa? erməni şərəfsizlərinnən bunların nə fərqi oldu ki? Çox xaiş eliyirəm bu məsələni işığ üzünə çıxardasınız. Hamı eşitsin bilsin tanısın bu içimizdəki erməniləri. (Müəllifin orfoqrafiyası saxlanılıb — Ocaq)

Обсуждение закрыто.