Daily Archives: 02.11.2020

ƏLİ KƏRİMLİYƏ: ŞƏHİD ANALARINDAN NAĞIL UYDURMAQDANSA, BƏLKƏ QIRIŞMAL OĞLUNU CƏBHƏYƏ GÖNDƏRƏSƏN?

Стандартный

aZADLIQ QƏZETİ

“Azadlıq qəzeti” vətənpərvərlikdə İlham Əliiyevi və onun bütün ətrafını keçmək istəyir. Əli Kərimli “müzəffər ordudan” elə postlar yazır ki, marşal Stalini yada salır. Bir kiçik fərqlə: marşal Stalinin oğlu müharibənin ilk günlərindən döyüşən cəbhədə idi…

Dünən “Azadlıq” öz Teleqram kanalına istinadla çox əcayib bir məlumat verib. “Şəhid Anası Silahlı Qüvvələrə Yardım Fonduna 7000 manat pul köçürdü.
ANA belə deyir: «Səbrim çatmır, istəyirəm oğlumun şəhid olduğu yer daha tez azad edilsin!”. Və bank qəbzinin şəkli posta əlavə olunub. Əlbəttə, qəbzdə ad oxunmur, qaralanıb.  Yəni bilmək olmur ki, şəhid kimdir, şəhid anası kimdir. Doğrudan da belə şəhid varsa, “Azadlıq” onun adını niyə gizlədir? Anasının adını niyə gizlədir? Bəlkə ana gizli milyonçudur? Məgər gizli milyonçuların oğulları şəhid olurlar?

«Azadlıq» özünü peşəkar qəzet sayır, ancaq bu material jurnalistika deyil, bazar söhbətidir. Ana deyir? Hansı ana? Kimə deyir? Ana yası qoyub banka qaçdı? Qəbzin şəklini də çəkib göndərdi Qənimət Zahidə?

Deyək ki, belə şəhid var və belə şəhid anası da var. Özünüz fikirləşin: oğlunun meyiti üstünə gələn ana onun yasını ləyaqətələ saxlamaq əvəzinə sandıqdan 7 000 pul çıxarır, taksi çağırtdırıb gedir banka ki, bu pulu köçürün orduya, tezliklə İrəvanı alsın…

Bu arvad doğrudan da belə eləyibsə, bəlkə dəli olub?

Mənə belə gəlir ki, əhvalat qondarmadır və “Azadlıq” da bunu yaxşı bilir. Pul, əlbəttə. köçürülüb, ancaq köçürən şəhid anası deyil. O qədər şəhid ailələri var ki, ləyaqətli ehsan vermyə imkanları yoxdur, evləri başına uçur. Köməyi niyə onlara göstərməyəydilər?

Hakimiyyətin yeişini yerimək istəyən müxalifət öz yerişini də itirib və atdığı hər addım gülüş doğurur. Sanki müxalifət, Əli Kərimli İlham Əliyevin xanımının rolunu oynamaq istəyirlər.

Ancaq İlham Əliyevin xanımı öz rolunu pis-yaxşı özü oynayır…Əsgərlərin canına dua eləyir, uca tanrı ilə danışır…

Əli Kərimliyə qalır əsgər atası olmaq. Qırışmal oğlunu çağırıb yollasın cəbhəyə, onda müzəffər ordudan danışmağa haqqı da olar.

Yoxsa 7000 manatlıq şəhid anaları haqqında nağıllar üç quruşluq komediyaya bənzəyir…

Mirzə ƏLİL

02. 11. 2020, Samara

TALIŞ ŞƏHİDLƏRİMİZ: ƏKİZ QARDAŞLAR İMAN VƏ BƏHRƏM

Стандартный
TALIŞ ŞƏHİDLƏRİMİZ: ƏKİZ QARDAŞLAR İMAN VƏ BƏHRƏM

ƏKİZ LERİKLİ QARDAŞLAR İMAN VƏ BƏHRƏM

Əslən Lerik rayonunun Kələz kəndindən olan Binə sakinləri əkiz qardaşlar İman Elman oğlu və Bəhrəm Elman oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olublar.

Allah rəhmət eləsin!

Xıdo rəhmət bikə!

ŞƏHİDLƏRİMİZ: SALYANLI ARİF RÜSTƏMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI ARİF RÜSTƏMOV

Arif Rüstəmov
Salyan şəhərindən 2001-ci il təvəllüdlü Rüstəmov Arif Seymur oğlu. Fizuli istiqamətində gedən döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!