Qubalı yetim şəhid Nizami Aydəmirov
Vikepediyada yerləşdirilmiş məqalədən görünür ki, son müharibə başlanana qədər Azərbaycanın tərkibində 66 rayon olub.
Hər rayonun bir başçısı – 66 nəfər.
Hər başçının ən azı üç müavini – bu eləyir 198. Başçılarla birgə — 264
Ən azı beş şöbə midiri və ya departament rəisi – bu eləyir 330. Hamısı bir yerdə — 594
Rayon məhkəməsinin işçiləri: hüquq vəzifəli olanların minimumu sayı 10 nəfər. Bu eləyir 660. Hamısı bir heydə — 1254
Minimum 10 nəfər hüquq vəzifəli prokurorluq işçisi: bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 1914
Fövqəladə hallar nazirliyinin rayon şöbəsinin rəhbər işçiləri minimum 10 nəfər. Bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 2574
Polis idarəsinin rayon rəhbərliyi: ən azı 10 nəfər. Bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 3234
Rayonlarda böyük kənd və qəsəbələrin icra başçıları. Minimum 20 nəfər. Bu eləyir 1320 nəfər. Hamısı bir yerdə 4554.
Rayonlarda banklar var, biznes var, yəni xeyli imtiyazlı adam var.
Bu halda təəccüblü deylmi ki, rayon şəhidləri müstəsna olaraq kasıb kənd ailələrindndir? Kasıbların, yetimlərin qanıyla qazanılan qələbəni ölkə qan kimi qusmazmı?
Bu necə ordudur? Niyə qubalı atasız-anasız yetim Nizami Aydəmirov müharibənin ilk günlərində ölməliydi? Nizami Aydəmirov həyatınnı kimə borcluydu? Vətənə? Arif Paşayevə? Kəmaləddin Heydərva?
Azərbaycanda respublika tabeli 11 şəhər var. Ən böyüyü Bakıdır. Əhalisi 2,3 milyondur. Yəni Bakınıın əhalisi ən böyük rayonlardan olan Ağcabədinin əhalisindən 20 dəfə çoxdur. Ona görə də Ağcabədidən ya Şamaxıdan cəbhədə həlak olan, ağır yaralanan əsgərlərin sayını Bakıdan öləənlərin və yaralanların sayı ilə müqayisə etmək vacibdir.
Müharibə şəraitində əhalinin 10 faizini potensial silahlandarmaq imkanı var. Belə çıxır ki, paytaxt ən azı 200 min silahlı əsgər verə bilər. Bu halda niyə müharibənin ilk və ən ağır günlərində az təlim gürmüş kənd uşaqları qırılıblar?
Mən 100-ə yaxın şəhidin şəklini sosial şəbəkələrdən götürüb bloqumda payşamışam. Onlardan üçü atasız-anasız yetimdir! 10 milyon əhalisi olan ölkə 3 milyondan az əhalisi olan ölkə ilə döyüşür və uşaq evindən çıxmış yetimləri qabağa verir!
Azərbaycanda neçə nazirlik var?
Hər nazirin neçə müavini var?
Hər nazirlikdə neçə baş idarə, departament var?
Milli Məclisin neçə deputatı var?
«Parlamentin» aparatında nə qədər adam işləyir?
Azərbaycanda nə qədər “parket” generalı var?
Məhərrəm Əliyevin kimləri vuruşur?
Plastiik kütlə generalı Vaqif Axundiovun kimləri vuruşuir?
Paşayevlərdən vuruşan var?
İtkiləri kimdən gizlədirsizinz? Ermənilərdən ya Azərbaycan xalqından?
Üç bacının yeganə qardaşını ölümə göndərəndə nə fikirləşirsniz? Siz nəsli kəsirsiziniz! Siz yaşayacaqsınız, doğub-töryəcəksniz, onlar – yox!
Qubalı yetim Nizami Aydəmirovun ölümünü kimdən gizlədirsiniz?
Niyə Azərbaycan ordusunun əsasən kasıb fəhlə-kəndli balalaırının həyatı bahasına döyşdüyü məsələsi həmişə üstüörtülü qalmayacaq. Xalq ermnilərə qarşı qalxdısa, öz içindən olan müstəbidlərə, qaniçənlərə qarşı da qalxacaq.
Siz 18-19 yaşlı rayon uşaqlarını labüd ölümə göndərir, onların xatirəsini yad etməyi də qadağan edirsiniz. Gözləyirsiniz ki, müharibə qurtarsın, şeypur, təbil çaldırıb minlərin xatirəsini yelə verəsiniz!
Bunu edə bilməyəcəksiniz!
18 yaşlı kasıbın, yetimin həyatına qıyanlar gec-tez qan qusacaqlar!
Xeyrulla Xəyal
01. 11. 2020, Samara
Для отправки комментария необходимо войти на сайт.