
Fuad Ahmadli
AXCP Xətai şöbəsinin Gənclər komitəsinin üzvü, gənc əqidədaşımız Tamerlan Mahmudov 18.10.2020-ci il tarixində işğalda olan torpaqlarımızın azad edilməsi istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Qeyd edim ki, Tamerlan bəyin valideynləri özü körpəykən dünyalarını dəyişmişlər. Suraxanı rayon 2 saylı internat məktəbinin şagirdi olmuş, sonralar isə sərhəd qoşunlarının orkestrində nəfəs aləti üzrə ifaçı olmuşdur.
Təəsüf hissilə bildirirəm ki, bəy mən həbs olunduqdan sonra komitəmizə üzv olmuş və mən həbsdən çıxdıqdan sonra hərbi xidmətə yollanmışdır. Məlumatlarını Xətai rayon fəalları, hal-hazırda ölkə xaricində yaşayan uşaqlıq dostu Agil Ahmadov un və cəbhədaşımız Tural Pünhan un aracılıqlarıyla tapdıq.
Məni bağışla qardaşım. İnşallah çox yaxın müddətdə olduğun zirvəyə ucalmaq nəsibim olsa görüşüb sənlə halallaşaram ! Allah sənə rəhmət eləsin, ruhun şad olsun!
Şəhidlər ölməz, Vətən bölünməz!


Для отправки комментария необходимо войти на сайт.