Daily Archives: 26.10.2020

ŞƏHİDLƏRİMİZ: TAMERLAN MAHMUDOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: TAMERLAN MAHMUDOV

Tamerlan Mahmudov
Fuad Ahmadli

Təəsüf hissilə bildirirəm ki, bəy mən həbs olunduqdan sonra komitəmizə üzv olmuş və mən həbsdən çıxdıqdan sonra hərbi xidmətə yollanmışdır. Məlumatlarını Xətai rayon fəalları, hal-hazırda ölkə xaricində yaşayan uşaqlıq dostu Agil Ahmadov un və cəbhədaşımız Tural Pünhan un aracılıqlarıyla tapdıq.

Məni bağışla qardaşım. İnşallah çox yaxın müddətdə olduğun zirvəyə ucalmaq nəsibim olsa görüşüb sənlə halallaşaram ! Allah sənə rəhmət eləsin, ruhun şad olsun!

Şəhidlər ölməz, Vətən bölünməz!

tamerlan_maxmudov_1651220_1tamerlan 2
 
 
 

ŞƏHİDLƏRİMİZ: ARƏSTƏ BAXŞIYEVA

Стандартный

Arəstə Baxşiyeva

Əslən Xaçmaz rayonunun Qımıl Qışlaq kəndindən olan, məktəbli ikən Hacı Zeynalabdin qəsəbəsinə köçmüş Arəstə Baxşıyeva. Sosial şəbəkələrdə yayılan məlumata görə yaralı döyüşçülərə yardım göstərərkən həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: XAÇMAZLI RAHİM İMANOV

Стандартный

Rahim İmanov

Xaçmaz rayonunun Xaspolad oba kəndindən İmamov Rahim Rauf oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

TALIŞ ŞƏHİDLƏR: ELŞAD ZEYNALOV

Стандартный
TALIŞ ŞƏHİDLƏR: ELŞAD ZEYNALOV

Elşad Zeynalov

Lənkəran rayonunun Sütəmurdov kəndindən 24 yaşlı könüllü  Zeynalov Elşad Elman oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

Xıdo rəhmət bikə!

TALIŞ ŞƏHİDLƏR: KİÇİK ÇAVUŞ MƏHƏMMƏD BABAZADƏ

Стандартный

Məhəmməd Babazadə

Astara rayonunun Marzəsə (Siyakü) kəndindən 1995-ci il təvəllüdlü kiçik çavuş Məhəmməd Babazadə Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə həlak olmuşdur.

Allah rəhmət eləsin!

Xıdo rəhmət bikə!