
Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedn döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!
BİOQRAFİYASI
Şükür Nəriman oğlu Həmidov (d., Əlyanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibənin iştirakçısı.
Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib.
Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli fərmanı ilə Şükür Nəriman oğlu Həmidova «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.