BAYRAM SƏFƏROVA: A KİŞİ, KİM SƏNİ QOYAR «LAPATKA» GÖTÜRMƏYƏ!

Стандартный

Bayram Səfərov

«Lazım olarsa, Şuşada fəhlə kimi «lapatka» götürüb işləyəcəm»

Şuşanın (!) icra başçısı (!!) Bayram Səfərovun dediyi bu sözləri oxuyanda, ayıb olmasın, qarnıma ağrı düşdü. Dedim şəhər alınandan sonra doğrudan da bu kişi birdən gedər yapışar lapatkadan, biabır olarıq.

Siz Bayram Səfərovun boynuna baxın, görün nə yoğunluqdadır. Bu yoğunluqda boynu olan kişi əlinə bel alıb işləsə,ya  beyninə qan sızar, ya da, üzüm ayağınızın altına, xayası partlar.

Prezident adminstrasiyasına məktub yazıb acizanə xahiş elədim ki, Bayram Səfərovu qoymasınlar ağır iş görməyə. Bu kişinin ölümü milli faciə olar, vallah! Bu, nadir insandır! İşğalda olan şəhərin başçısı! Analar görün Azərbaycanda necə oğullar doğurmuş!

İndi mən sizə deyim Bayram Səfərovun boynundan. Bu boynu Səfərov Şuşada istehlak cəmiyyətinin sədri olanda yoğunladıb.  İstehlak cəmiyyətinin sədrinə xalq “raypo” deyirdi və bu vəzifə prokurordan, məhkəmədən hörmətli idi. Çünki dünyada olan bütün nemətlər, geyimdən tutmuş yeyimə qədər, istehlak cəmiyyətinə gəlirdi və burdan mağazalara bölünürdü. Bu raypoda İtaliya plaşı da olurdu, Mərakeş kofesi də, fransız ayaqqabısı da, fin mebeli də, Amerka siqaretləri də. Yəni quş südünə qədər hər şey raypoda vardı. Prokuror, katib, məhkəmə arvadları da  xarici paltarları bu raypodan alırdılar. Yaxşı mallar verilirdi alverçilərə. Mağazalara yerli mallar verilirdi. Məsələn, Bakı ayaqqabıları. Bu ayaqqabıların hələ qutuda ikən burunları deşilirdi, mismarları görünürdü, iylərindən də yaxınlarında durmaq olmurdu.

Bayram Səfərov belə bir fövqəladə vəzifədə qarın böyüdüb, boyun yoğunladıb

Ermənilər şəhəri alkmamış Bayram Səfərov necə deyərlər, ordan vızqırdıb. Darıxmasın deyə, ona Azalda yüksək vəzifə veriblər.

AZAL-I tanıyırsınız? Dünyanın ən bahal biletlərini bu şirkət satır. Yəni öz vətəndaşlarının qanın içir, ətini yeyir…

Sonra da İlham müəllim Bayram müəllimin boynunun və qarnının qayğısına qalıb işğaltda olan şəhərə başçı təyin edib.

İndi Bayram Səfərov deyir ki, gedib Şuşada şəhid olmağa hazəırdır.

A kişi, otur yerində. Sənin iki yüz kilo çəkin var. Sənin meyidini daşımağa KAMaz lazımdır. Sütül uşaqlarımıza nə gəlib ki, qoy onlar şəhid olsunlar…

O ki qaldı “lapatka»ya, Allah eləməsin. Müharibə qurtarandan sonra əsgərlərin sağ qalanları iş axtaracaqlar. Bir qarın çörəyə lapatka işini də görəcəklər. Sən niyə işləirsən!

Otur yerində, Səfərov! Sən şəhidlik zirvəsinə dırmaşa bilmərsən! Çəkin çoxdur…

Adın Bayramdır, özün də bayram elə. Ancaq çox içmə. Ruslar deyirlər ki, bütün araqları içə bilməzsən…Yığdıqlarını yavaş-yavaş ye…

Hə, Bayram Səfərov, bəs heç demədin axı orda vuruşanın var ya yox. Qoyma bir adamın gedə. Şuşa sizi diri gözləyir… O qədər vəzifələr, pullar  olacaq ki…

Poka, poka…

Mirə Əlil

23.10. 2020, Samara

Обсуждение закрыто.