Daily Archives: 23.10.2020

BAYRAM SƏFƏROVA: A KİŞİ, KİM SƏNİ QOYAR «LAPATKA» GÖTÜRMƏYƏ!

Стандартный

Bayram Səfərov

«Lazım olarsa, Şuşada fəhlə kimi «lapatka» götürüb işləyəcəm»

Şuşanın (!) icra başçısı (!!) Bayram Səfərovun dediyi bu sözləri oxuyanda, ayıb olmasın, qarnıma ağrı düşdü. Dedim şəhər alınandan sonra doğrudan da bu kişi birdən gedər yapışar lapatkadan, biabır olarıq.

Siz Bayram Səfərovun boynuna baxın, görün nə yoğunluqdadır. Bu yoğunluqda boynu olan kişi əlinə bel alıb işləsə,ya  beyninə qan sızar, ya da, üzüm ayağınızın altına, xayası partlar.

Prezident adminstrasiyasına məktub yazıb acizanə xahiş elədim ki, Bayram Səfərovu qoymasınlar ağır iş görməyə. Bu kişinin ölümü milli faciə olar, vallah! Bu, nadir insandır! İşğalda olan şəhərin başçısı! Analar görün Azərbaycanda necə oğullar doğurmuş!

İndi mən sizə deyim Bayram Səfərovun boynundan. Bu boynu Səfərov Şuşada istehlak cəmiyyətinin sədri olanda yoğunladıb.  İstehlak cəmiyyətinin sədrinə xalq “raypo” deyirdi və bu vəzifə prokurordan, məhkəmədən hörmətli idi. Çünki dünyada olan bütün nemətlər, geyimdən tutmuş yeyimə qədər, istehlak cəmiyyətinə gəlirdi və burdan mağazalara bölünürdü. Bu raypoda İtaliya plaşı da olurdu, Mərakeş kofesi də, fransız ayaqqabısı da, fin mebeli də, Amerka siqaretləri də. Yəni quş südünə qədər hər şey raypoda vardı. Prokuror, katib, məhkəmə arvadları da  xarici paltarları bu raypodan alırdılar. Yaxşı mallar verilirdi alverçilərə. Mağazalara yerli mallar verilirdi. Məsələn, Bakı ayaqqabıları. Bu ayaqqabıların hələ qutuda ikən burunları deşilirdi, mismarları görünürdü, iylərindən də yaxınlarında durmaq olmurdu.

Bayram Səfərov belə bir fövqəladə vəzifədə qarın böyüdüb, boyun yoğunladıb

Ermənilər şəhəri alkmamış Bayram Səfərov necə deyərlər, ordan vızqırdıb. Darıxmasın deyə, ona Azalda yüksək vəzifə veriblər.

AZAL-I tanıyırsınız? Dünyanın ən bahal biletlərini bu şirkət satır. Yəni öz vətəndaşlarının qanın içir, ətini yeyir…

Sonra da İlham müəllim Bayram müəllimin boynunun və qarnının qayğısına qalıb işğaltda olan şəhərə başçı təyin edib.

İndi Bayram Səfərov deyir ki, gedib Şuşada şəhid olmağa hazəırdır.

A kişi, otur yerində. Sənin iki yüz kilo çəkin var. Sənin meyidini daşımağa KAMaz lazımdır. Sütül uşaqlarımıza nə gəlib ki, qoy onlar şəhid olsunlar…

O ki qaldı “lapatka»ya, Allah eləməsin. Müharibə qurtarandan sonra əsgərlərin sağ qalanları iş axtaracaqlar. Bir qarın çörəyə lapatka işini də görəcəklər. Sən niyə işləirsən!

Otur yerində, Səfərov! Sən şəhidlik zirvəsinə dırmaşa bilmərsən! Çəkin çoxdur…

Adın Bayramdır, özün də bayram elə. Ancaq çox içmə. Ruslar deyirlər ki, bütün araqları içə bilməzsən…Yığdıqlarını yavaş-yavaş ye…

Hə, Bayram Səfərov, bəs heç demədin axı orda vuruşanın var ya yox. Qoyma bir adamın gedə. Şuşa sizi diri gözləyir… O qədər vəzifələr, pullar  olacaq ki…

Poka, poka…

Mirə Əlil

23.10. 2020, Samara

ŞƏHİDLƏRİMİZ: ŞƏRURLU LEYTENANT ELTON QƏNBƏROV

Стандартный
ŞƏHİDLƏRİMİZ: ŞƏRURLU LEYTENANT ELTON QƏNBƏROV

Elton Qənbərli

Şərur rayonundan xüsusi təyinatlı leytenant Elton Qənbərov. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə  həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: MİLLİ QƏHRƏMAN POLKOVNİK ŞÜKÜR HƏMİDOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: MİLLİ QƏHRƏMAN POLKOVNİK ŞÜKÜR HƏMİDOV

Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedn döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

              BİOQRAFİYASI

8

Şükür Nəriman oğlu Həmidov (d., Əlyanlı, Qubadlı rayonu, Azərbaycan SSRSSRİ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibənin iştirakçısı.

Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib.

Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli fərmanı ilə Şükür Nəriman oğlu Həmidova «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.

vikipediya