Daily Archives: 22.10.2020

SIRAVİ ELMAR DAŞDƏMİROV ÜÇÜN REKVİYEM

Стандартный
SIRAVİ ELMAR DAŞDƏMİROV ÜÇÜN REKVİYEM

Elmar Daşdəmirov

“Mən eləmişəm! Mən eləmişəm! Mən, mən, mən…” – prezident əl-qolunu ölçə-ölçə deyir.

Sonra ordu yadına düşür: “Qəhrəman Azərbaycan ordusuna eşq olsun!”

Ordu – birinci növbədə onun əsgərləridir. «Хорошо умирает пехота…» — Mandelştam deyib. Bu, qara yumor deyil. Bu, indiyə qədər olan müharibələrin və indi də gedən müharibələrin monumental faciəsini üç kəlmə ilə açan misradır.

Piyadalar… Sıravilər.. Müharibənin nə ilə bitməsindən asılı olmayaraq – kim onları xatırlayacaq? Ataları, anaları, başqa yaxınları. Nə qədər ki, sağdırlar. Onların bəzilərini də dərd öldürəcək…

Sıravi Elmar Daşdəmirovu kim xatırlayacaq?

Dünənəcən Elmar kimi minlərlə gənc Bakının yollarında girinc idilər, “qul bazar”larında beş-on manatlıq günəmuzd iş axtarırdılar. On illərlə yüz minlərlə insan Kəmaləddin Heydərov, Arif Paşayev, Ramiz Mehdiyev kimi dövlətdəki mövqeyindən istifadə edin milyardlar yığmış harınların tikintilərində bir qarın çörəyə işləyiblər. Bəziləri kənddən gəlib şəhər qırağında bir parça torpaq alıb, koma qaralayıb, özü də, qurduğu ailənin üzvləri də qeydiyyatsız, sənədsiz, qanunsuz yaşayıblar, üstlərinə buldozer sürüblər, bəzən tikdiklərini dağıdıblar…

İndi bu insanlar cəbhədə öz həyatları bahasına ölkəni uzun sürən rüsvaylıqdan qurtarırlar.

Elmar Daşdəmirov Salyanın Qarabağlı kəndindən idi. Mən Əli Bayramlıda oxuyanda dörd il ərzində bu kəndin içindən gedib-gəlmişəm. O vaxtlar Salyan-Əli Bayramlı yolu həmişə bombalanmış vəziyyətdə olurdu. Qarabağlı elə o vaxtlar, yəni əlli il qabaq, iri kənd idi. Yaxşı bağları vardı. Neçə evin elə çəpərinin qabağından neft çıxırdı – mancanaqlar gecə-gündüz işləyirdi. Başqa ölkədə belə kəndin yolu Alnmaniyadakı yollardan fəqrlənməzdi. Ancaq gecə-gündüz quyulardan sorulan neftin Qarabağlı camaatına aidliyi yox idi. Neft orda yəqin indi də çıxır. Yəqin indi də qarabağlılar onların ayaqlarının altından nə qədər qara qızıl çıxdığını və onun hara getdiyini bilmirlər. Son 20-25 il ərzində Azərbaycanda preaidentə yaxın nə qədər adam onlarla, yüzlərlə milyonun sahibi olub. İndi Qarabağlı kəndinin və Azərbaycanın yüzlərlə başqa kəndinin Elmar Daşdəmirov kimi sütül uşaqları Vətən uğrunda ölərkən həmin boynuyoğunların varı hər gün artır, özləri, uşaqları isə təhlükəsiz, arxayın həmişəki keflərindədirlər.

Bu gün Azərbaycan əsgərini “qəhrəman” adlandıran prezident dünən Elmar kimiləri bələdiyyə üzvlüyünə də buraxmırdı, onlar səslərini çıxaran kimi şərlənir, tutulurdular.

Hanı onları tutan, dəyənək altına salan,üstlərinə narkotik atan polislərin,  saxta işlər açan hakimlərin, prokurorların uşaqları? Hanı utanmaz-utanmaz general poqonu daşıyan gədə xislətli insanların uşaqları?

Plastik kütlə generalı Vaqif Axundovun, Salyanın ən böyük müəssisəsini özəlləşdirib taksi şoferi olan qardaşına vermiş, yüngül bir qadına Milli Məclisin mandatını aldırmış Vaqif Axundovun qohum-qardaşı hardadır?

Neft akademiyasının Salyanın Xocalı kəndindən olan məzunu, üç ayın əsgəri Elmir niyə birrbaşa odun-alovun içinə atılmalıydı?

Müharibə gec-tez bitəcək. Adamlar, əgər onlar öz talelərinə, övladlarının həyatlarına biganə deyıillərsə, soruşacaqlar: niyə ölkə belə ayrı-seçkilik edir? Niyə ölkənin şərəfini dünənəcən adam yerinə qoyulmayan kənd uşaqları qorumalı və ölməlidirlər? Vətənin milyardlarını mənimsəyənlərin Vətən qarşısında borcu yoxdurmu?

(DAVAMI VAR)

Реклама

ŞƏHİDLƏRİMİZ: MASALLILI ƏLİ NƏCƏFOV

Стандартный

Əli Nəcəfov

Masallı rayon Tüklə kəndindən   Nəcəfov Əli Seyran oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: LERİKLİ CEYHUN SƏFƏRZADƏ

Стандартный

Ceyhun Səfərzadə 

Lerik rayonunun Cenqinavu kəndindən Səfərzade Ceyhun Akif oqlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

Xıdo rəhmət bikə!

Обнародован список имен еще 40 армянских военнослужащих, погибших в боевых действиях

Стандартный

286549

Варданян Мкртыч Хачатурович 1987 г.р.

Баласанян Хачатур Сергеевич 1985 г.р.

Григорян Ваник Аракелович 1984 г.р.

Саакян Гарник Робертович 1985 г.р.

Марданян Айк Ромикович 1979 г.р.

Бабаджанян Алексей Алексеевич 1978 г.р.

Геворкян Артур Рубикович 1980 г.р.

Киракосян Армен Асатурович 1984 г.р.

Мелконян Сероб Самвелович 1989 г.р.

Шахмурадян Акоп Манвелович 1995 г.р.

Киракосян Артур Аветисович 1977 г.р.

Аветисян Арсен Саакович 1985 г.р.

Давтян Гагик Хачатурович 1977 г.р.

Тадевосян Вагаршак Арутюнович 1981 г.р.

Ганадян Шаген Лаврентьевич 1978 г.р.

Мкртчян Саркис Феликсович 1994 г.р.

Саркисян Аршалуйс Гагикович 1996 г.р.

Резервист Гаджинян Ованес Ашотович 1981 г.р.

Овсепян Артур Сосович 1987 г.р.

Гуларян Арам Вазгенович 1992 г.р.

Резервист Амирханян Мхитар Мартикович 1989 г.р.

Эдилян Араик Араратович 1995 г.р.

Хачатрян Маис Вазгенович 1987 г.р.

Енокян Артак Самвелович 2000 г.р.

Есаян Вашиктор Гришаевич 1986 г.р.

Григорян Армен Гагикович 1988 г.р.

Ованнисян Грант Араратовия 1991 г.р.

Симонян Геворк Григоревич 1987 г.р.

Андреасян Жирайр Суликоевич 1977 г.р.

Мартиросян Армен Сейранович 1987 г.р.

Мисакян Аркадий Тигранович 1985 г.р.

Карапетян Арутюн Гамлетович 1996 г.р.

Гогорян Арен Александрович 1991 г.р.

Гаспарян Сирекан Агаронович 1994 г.р.

Варосян Аветик Арсенович 1990 г.р.

Оганян Вахтанг Агванович 1996 г.р.

Резервист Гулинян Нвер Жораевич 1996 г.р.

Резервист Арушанян Эдуард Грантикович 1972 г.р.

Срапионян Арман Артакович 1999 г.р.

Акопян Давид Гагикович 2000 г.р.

https://news.am/rus/news/609293.html

SOYDAŞIM, BAĞIŞLA, HƏRDƏN ERMƏNİLƏRƏ HƏSƏD APARIRAM…

Стандартный

İlham Əliyev 3

Vallah, azərbaycanlı olmağın elə qəliz tərəfləri var ki, hərdən fəlakətə uğramış ermənilərə də həsəd aparırsan. Yəni indi bu ermənilər Azərbaycan ərazisindən rədd olub gedəcəklər, Ermənistanda da qalmazlar, gedəcəklər Rusiyaya, Fransaya, Amerikanın şimalına, cənubuna. Biz azərbaycanlılar isə yenə qalacağıq indi hardayıqsa, orda. Yəni yenə İlham Əliyev, öndər, heykəllər, birinci vitse-prezident, heyvərə deputatlar, harınların Millii Məclisdə oturam oynaşları, naxçıvanlı akademiklər və generallar, Paşa Holdinq…

Adam başını sıldrım bir daşa çırpmaq istəyir..

İlham Əliiyevin yapon jurnalistinə verdiyi müsahibəni oxuyanda bir daha şəhidlərimiz üçün yanıb-yaxıldım. Heyf sizdən, uşaqlar…

Deyir ki, arvadım on minlərlə insana yardım edir. Demir ki, arvadında o pul hardandır, harda və necə qazanıb. Demir ki, arvadının atası Azərbaycan xalqını soyub…

Deyir ki, mən arvadıma vəzifə verdim.

A kişi, dövlət sənin şəxsi biznesindir?

Deyir hər bir azərbaycanlı Mehriban xanımın vurğunudur.

Hə?

Mehman Hüseynovun başına nə oyun gətirdiniz?

Bilmirəm verdiyi suallara aldığı cavabları eşidəndə yapon jurnalisti nə düşünüb. Bəlkə sarsıntıdan, Aynur Camalqızının dediyi kimi, göz yaşlarına hakim ola bilməyib…

Mən isə başımı daşa vurmaq istədim və hətta baş götürüb Azərbaycandan gedən ermənilərə qibtə elədim…

Mirzə Əlil

22.10. 2020,Samara

ŞƏHİDLƏRİMİZ: MASALLILI FAMİL ƏLİZADƏ

Стандартный

Famil Əlizadə

Masallı rayonunun Ərkivan qəsəbəsindən  Əlizadə Famil Habil oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: ASTARALI BABA QASIMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: ASTARALI BABA QASIMOV

Baba Qasımov

Astara rayonunun Ərçivan qəsəbəsindən MAXE Qasımov Baba Əhməd oğlu. 21 oktyabr 2020-ci ildə Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Baba Qasımov Ərçivanın 6-cı şəhididir.

Allah rəhmət eləsin!

О ТОМ, КАК ПАШИНЯН ПРЕДЛАГАЛ ТРАМПУ ОБЕСПЕЧИТЬ ЕМУ ПОБЕДУ…

Стандартный

Николь Пашинян 3

ПАШИНЯН: Алло! Это дорогой господин Трамп?

ТРАМП: Да, я — господин. А ты кто?

ПАШИНЯН: Я тоже господин… Нет, я не господин, я ваш покорный слуга Пашинян. Премьер древней Армении. Позвонил, чтобы узнать о вашем здоровье.

ТРАМП: У меня отменное здоровье. Я всех древних армян переживу.

ПАШИНЯН, И слава богу! Как госпожа Мелания?

ТРАМП: Не знаю такую…

ПАШИНЯН: Господин Трамп, Мелания ваша супруга…

ТРАМП: Не помню… Слушай, ты лучше позвони главному моему советнику. Кушнеру. Он мой зять.

ПАШИНЯН: Господин Трамп, Кушнер – еврей…

ТРАМП: Ты, что, антисемит? Тогда пошел к черту!

ПАШИНЯН: Что вы, Доналд-джан, я евреев очень люблю. Я бы с удовольствием даже женился на вашей дочери.

ТРАМП: Идиот! Моя дочь не еврейка. Зять еврей. Как ты мог подумать, что моя дочь вышла бы за такого урода, как ты? Почему не хочешь с Кушнером говорить?

ПАШИНЯН: Дело в том, что мой дед дружил с одним немцем. Его звали Гитлер…

ТРАМП: Не помню такого…

ПАШИНЯН: А евреи помнят… Никак забыть не могут… Что за народ? Мы же про свой геноцид забыли… Господин Трамп! У меня к вам выгодное предложение. У вас скоро выборы. Всякое может случиться. Срочно дайте гражданство всем армянам, и мы как один проголосуем за вас. Вы обязательно выиграете выборы.

ТРАМП: Это интересное предложение. А как вы собираетесь голосовать?

ПАШИНЯН: Доналд-джан, дело в том, что нас терроризуют азербайджанские террористы. Чтобы мы могли в Армении и Арцахе организовать голосование, вам надо их нейтрализовать. Если бы вы разбомбили Баку, мы, древние армяне, спокойно проголосовали бы за вас…

ТРАМП: Ну, это не такое интересное предложение, как предыдущее. Ты позвони моему зятю, Кушнеру. Он главный мой советник.

ПАШИНЯН: Доналд-джан, он же еврей…

ТРАМП: И умный. Не тупой, как ты… Прощай, древний…

Мирза Алил

22.10. 2020, Самара

ŞƏHİDLƏRİMİZ: MİNGƏÇEVİRLİ ATİQ İBRAHİMOV

Стандартный

Atiq İbrahimov

Mingəçevirdən İbrahimov Atiq Ariz oğlu. 17 oktyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: MASALLILI VÜSAL HADIYEV

Стандартный

Vüsal Hadıyev

Masallı rayonundan Hadıyev Vüsal Balarəzi oğlu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!