ŞƏHİDLƏRİMİZ: ÖLÜMÜ GENERALLARA SUALLAR DOĞURAN ÇİNGİZ BABAYEV

Стандартный
ŞƏHİDLƏRİMİZ: ÖLÜMÜ GENERALLARA SUALLAR DOĞURAN ÇİNGİZ BABAYEV

Çingiz Babayev

Babayev Çingiz Sulduz oğlu.

Satirik şair Tofiq Həsənli Çingiz və onun ailəsi haqqında yazır:

«Heç belə hal ilə qarşılaşmamışdım… Lerik rayonu Mistan kəndində yaşamış Babayev Çingiz Sulduz oğlu hərbi xidmətdə olmuş,ordan Papanindəki hərbi qospitalda gətirilərək, ona böyrək əməliyyatı kecirilmişdir. Yenidən müharibəyə çağrılmış və döyüşə göndərilmişdir. Evin yeganə övladıdır, atası ikinci dərəcəli əlil və ruhi xəstə, anasında qıcolma var .Evləri çox bərbad gündədir. Anayla çəkliş etmişəm, danışıb. Internet zəif olduğuna görə yükləyə bilmirəm. Ana icra başçısından və millət vəkillərindən razılıq edir.»Vətənə vermişəm övladımı», deyir. Narazı qaldığı bircə kəndin hərbi komissarlığıdır. Deyir uşağımı müayinə etmədən və bir övlad olduğuna baxmadan aldı məndən, heç yasa də gəlmədi…
Dostlar, ananın bank hesabını da paylaşmışam, kimin ürəyindən yardım etmək keçirsə, edə bilər.
Sübhü ilə neçə şəhid ailəsinə baş çəkmişik,amma bu evdə özümüzü saxlaya bilmədik…
Onu da deyim ki,Hadruta ilk bayrağı sancmış və elə orda şəhid olmuşdur». (Müəllifin orfoqrafiyası qismən saxlanılıb — «Ocaq»)

Обсуждение закрыто.