«UCA TANRI PAŞA HOLDİNQİ QORUSUN…»

Стандартный

Mehriban_Əliyeva 2

Ali baş komandan qoşunumuzu yeni qələbələrə apardıqca onun vitse arvadı da dinc oturmur, hər gün üzünü Uca Tanrıya tutub Azərbaycan üçün müəyyən xahişlər edir. Bu günkü xahişini vitsexanım belə bitirir: ““Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

Mirzə Əlilin fikrincə, Azərbaycan xalqı vitsexanımın zəhmətlərinin əvəzini dəyərincə vermir. Yəni orduya, ölkəyə, millətə dua eləməkdən vitsexanımın dili yara olub, xalq da gərək bunun əvəzini çıxa. Vallah, bizim xalqa ümid olan gərək otuz il gözləyə. Ona görə mən, yəni Mirzə Əlil, özüm vitsexanıma bir neçə cavab duası elədim

Uca tanrı Mehriban Əliyevanı qorusun və vitseprezidentlikdən də yuxarı qaldırsın.

Uca tanrı Leya Əliyevanı və onun bizneslərini, pullarını, mənzillərini qorusun.

Uca Tanrı akademik Arif Paşayevi qorusun.

Uca Tanrı akademik Hafiz Paşayevi qorusun!

Uca Tanrı akademik Nərgiz Paşayevanın və onun bizneslərini, pullarını qorusun!

Uca tanrı xalq artisti Emin Ağalarovu, onun bizneslərini və arvadlarını qorusun, ona az-maz səs versin!

Uca Tanrı Paşa holdinqi qorusun!

Uca Tanrı Paşa bankı qorusun!

Uca Tanrı Kapital bankı qorusun…

Bu yerdə huşumu itirmişəm, yəni Aynur Camalqızı demişkən, bayılmışam. Bilmirəm bu, yorulmaqdan olub, ya da Uca Tanrı bu xahişləri elədiyimə görə başıma güclü bir virtual qapaz salıb…

Ayılanda gördüm ki, Paşayevlərinin bizneslərinin siyahısını itirmişəm. Bir dostum var, belə şeylərlə maraqlanır. Ona zəng vurub soruşdum ki, Paşayevlərin nə qədər biznesi olar. Dostum dedi ki, ordumuzda nə qədər əsgər varsa, Paşayevlərin də biznesi o qədərdir…

Bunu eşindəndə ixtiyarsız düşündüm ki, gör nə qədər əsgərimiz qırılıb, ancaq Paşayevlərin bizneslərinə bir qəpik ziyan dəyməyib…

Bəlkə doğrudan da Uca Tanrı qoruyur?

Bəs uca Tanrı niyə bizim sütül uşaqlarımızı qorumur?

Bunu fikirləşəndə öz başıma qapaz salıb ağıadım…

Mirzə ƏLİL

18.10. 2020, Samara

Обсуждение закрыто.