QARILARA BAYRAQ ÖPDÜRMƏYİN, CƏNABLAR! AYIBDIR…

Стандартный

Alvina Marqusyan

Yuri Andropovun SSRİ-nin başında olduğu az vaxt ərzində xeyli yöndəmsiz qərarlar çıxarılırdı və bu qərarların törədə bləcəyi ziyanın qabağını ancaq onların icra olunmamağı alırdı.

1983-cü Moskvada “Sovet ictimaiyyətinin antisionizm komitəsi” yaradıldı. O vaxt SSRİ-nin İsraillə diplomatik münasibətəri yox idi və sionizm Sovet İttifaqında faşist ideologiyasına bərabər tutulurdu. Əlbəttə ki, KQB-nin yatratdığı bu komitəyə görkəmli sovet yəhudiləri salınmışdılar. Onların içində gözəl bəstəkar, əfsanəbvi və bu gün də azarkeşlərin qəlbini titrədən “Futbol marşı”nın müəllifi Matvey Blanter də vardı.

Komitə üzvlərindən biri tanınmış şərqşünas və ədəbiyyətşünas İosif (İsraeli) Braginski idi. Yeri gəlmişkən, Braginski 1905-ci ildə Bakıda anadan olub… Elə həmin il, yəni 1983-cü ildə mənim elmi rəhbərim unudulmaz alim və gözəl insan Xalıq Koroğlu mənə danışırdı ki, Braginskidən soruşub ki, sən niyə o komitəyə üzv olmusan, yəqin səni məcbur ediblər. Braginski deyib ki, “yox, mən könüllü girmişəm, çünki mən sionizmin əleyhinəyəm”. Koroğlu deyib ki, sionizmin əleyhinə olsan da, sənə heç kim inanmayacaq…

İndi mən Azərbaycanda yaşayan erməni arvadın Azərbaycan bayrağını öpdüyünü görəndə bu, yadıma düşdü. Yəqin ki, erməni arvad Azərbaycanı sevir, müharibənin əleyhinədir, Ermənistan hökumətinə də rəğbəti yoxdur.

Ancaq bayraq öpdürmək niyə?

Kim ona inanar?

O ağbirçək bayrağı özü öpmək istəsəydi də, gərək qoymayadılar. Bu, estetik cəhətdən də yöndəmsizdir. Adam öz başına ikiəlli qapaz salmaq istəyir…

Bu qocalar…
Mərhum anam yadıma düşdü, ağladım… İndi özüm də o yaşa çatıram…

İlahi sən insanları necə sınaqlara çəkirsən…

Brejnev Azərbaycana gələndə Heydər Əliyev 70-80 yaşlı qocaların boyununa çalın-çarpaz qırmızı lent saldırır və sovet rəhbərinin qarşısında oynadırdı…

Bəxriyar Vavabzadə, öz qulağımla eşitmişəm, bizə dərs vaxrı deyirdi: yaxşı, qocaların boynuna lent salmısınız. Niyə oynadırsınız?

Bəxtiyar Vahabzadə özü həmin qocaların yaşına gələndə Heydər Əliyevin qabağında oynayırdı…

İlahi, keç günahımızdan…

Qocalara, qarılara bayraq öpdürməyin, cənablar…

Döyüş meydanlarında həyatlarını itirmiş yüzlərlə, bəlkə daha çox əsgərimiz var. Onların anası bayrağı yox, balalaırının bir vaxt geydikləri nimdaş paltarları öpəcəklər. Bunu bilirəm. Bayraq öpən anaların uşaqları vuruşmurlar, əvvəlki keflərindədirlər…

Nazim Hikmət demişdi: “Analara qıymayın, əfəndilər. Sizləri də bir ana doğmadımı?”

Mən yaşda olan azərbaycanlıların ilk oxuduğu mahnı “Ana” mahnısı olub. Bu mahnını erməni Abdrey Babayev İslam Səfərlinin sözlərinə yazmışdı.

“Əziz ana, can ana,
Gözəl, mehriban ana….”

Mirzə ƏLİL

15. 10. 2020, Samara

Обсуждение закрыто.