Daily Archives: 14.10.2020

Армянская сторона сообщила о 23 потеря

Стандартный

286549

Погибли:

Доброволец Шагинян Тигран Карленович, 1968 г. р.

Аракелян Самвел Левонович, 2001 г. р.

Тероян Паргев Каренович, 1998 г. р.

Адамян Эмиль Акопович, 2001 г. р.

Симикян Артур Микаелович, 2001 г. р.

Тагворян Григор Вагеевич, 1999 г. р.

Егшатян Геворг Артурович, 2000 г. р.

Резервист Шахбазян Камо Геворкович, 1979 г. р.

Асатрян Ваагн Феликсович, 1977 г. р.

Аветисян Левон Арменакович, 1990 г. р.

Нерсисян Андраник Мануелович, 1990 г. р.

Галеян Армен Айасерович, 1985 г. р.

Аванян Геворг Сергеевич, 1989 г. р.

Резервист Нерсисян Мартин Сережаевич, 1991 г. р.

Киракосян Арам Гамлетович, 1979 г. р.

Резервист Ованнисян Вазген Мартикович, 1974 г. р.

Резервист Нерсесян Гарик Сережаевич, 1978 г. р.

Резервист Алавердян Гурген Кароевич, 1995 г. р.

Резервист Мовсесян Вардан Сережаевич, 1983 г. р.

Карапетян Николай Арменович, 2000 г. р.

Манукян Марат Каренович, 2001 г. р.

Синанян Нарек Сергеевич, 1992 г. р.

Асрян Сероб Сарменович, 1998 г. р.

Общее число потерь с армянской стороны с начала крупномасштабных военных действий в зоне карабахского конфликта достигло 555 человек.

https://www.panarmenian.net/rus/news/286549/

ŞƏHİDLƏRİMİZ: MASALLILI SƏNAN SƏLİMOV

Стандартный

Sənan Səlimov

Masallı rayonunun Təzə Alvadı kəndindən  Səlimov Sənan Nasif oğlu. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!

Polad Həşimovun qatili məhv edildi

Стандартный

Polad Həşimovun qatili  məhv edildi -FOTOLAR

General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş şəxs — Ermənistan ordusunun «ulduz»larından biri, 44 yaşlı Ruben Sənəmyan Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat paylaşıblar.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi.

ww.unikal.org/news/262583/polad-hesimovun-qatili-mehv-edildi-fotolar

MEHRİBAN XANIMA: GƏNCİN HƏYATININ ƏN ETİBARLI TƏMİNATI ONU CƏBHƏDƏN YAYINDIRMAQDIR…

Стандартный

Mehriban Əliyeva

«Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!» – bunu Ali baş komandanın arvadı deyib.

Boynuma alım ki, mən də dua eləməyi sevirəm. Əlin-qolun ağrımır, pul xərcləmirsən, ancaq beş-on dəqiqə dua eləyəndən sonra özünə eə gəlir ki, dağı dağ üstünə qoymusan, ac qarınlar doydurmusan, evsizi mənzilli eləmisən.

Burası var ki, duanın elə bir effekti yoxdur. Çox təəssüf ki, belədir. Bunu da öz təcrübəmdən bilirəm. Bu yaxınlarda bir həftə gecə-gündüz dua elədim ki, Nobel mükafatını Allahşükür Paşazadəyə versinlər. Həftənin sonunda mənə vəhy gəldi: “Mirzə Əlil, sən biz bezdirdin, çünki sən bizi vacib işlərdən yayındırırsan, sən Çindəki uyğurlar üçün dua eləmək əvəzinə, lotu şeyx üçün mükafat istəyirsən. Ayıb olsun!”

Bu sözlər elə sərt deyildi ki, bayıldım, yəni özümdən getdim. Ayılanda bilmədim ki, o sözləri yuxuda eşitmişəm, ya elə doğrudan da mənə vəhy olub. Ancaq Alik, yəni Allahşükür mkafat almadı…

İndi gələk Mehriban xanımın dualarına. Ordu müharibə aparır. Ordu da canlı insanlar və texnikadır. Müharibədə əsgərlər yaralanır, ölürlər, texnika sıradan çıxır. Burda duadan çox yaxşı hazırlıq, keyfiyyətli hərbi idarəçilik lazımdır. Həm də gərək komandilrər də heyvan olmayalar, əsgər həyatının qədrini bilələr, vecsiz bir yüksəkliyə yüzlərə insanı qurban verməyələr.

Əsgərin müharibədə sağlamlığı və sağ qalmasının bir vacib şərti də var: əsgəri müharibəyə göndərməmək. Yəni gənci cəbhədən yayındırmaq. Məsələn, Kəmaləddin Heydərovun oğlanları cəbhəyə gedən deyillər. Onlara nə dua?

Deputatların, nazirlərin, çoxlu məmurların, universitet rektorlarının, akademiklərin uşaqlarına nə dua? Cəbhədən yüz kilometrlərlə uzaqda, bəlkə xarici ölkələrdə keflərində. Onlara ölüm yoxdur…

Mehriban xanım, əlbəttə, bunu özü də çox gözəl bilir. Ona görə də öz oğlunu cəbhəyə göndərmir. Niyə də göndərsin ki. Azərbaycanda ölməli o qədər ölməli gənc var ki…

İlahi, kaş bu xanın heç olmasa müharibənin sonuna qədər dinib-danışmayaydı. Eşidirsən, oxuyursan, öz canından bezirsən, öz ölkəndən bezirsən…

İlhahi, kasıb-kusub uşağına rəhmin gəlsin!

Mirzə ƏLİL

14.10. 2020, Samara

%d такие блоггеры, как: